Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2014-05-21, 6:22 AM | |
Qəhrəmanlar axtarışında olmayaq (Ustad Qiraətinin əxlaq dərslərindən) “Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır”. (“Ali-İmran” 144). Müsəlman cəmiyyəti hədələyən böyük təhlükələrdən biri də qəhrəmanlara olan ehtiyac hissidir. Müsəlmanların bir çoxu Allah Təalaya təvəkkül etmək yerinə və bütün fəaliyyətlərinin mehvərini Allah qərar vermək yerinə qəhrəman axtarırlar ki, gəlsin və onların müşküllərini həll etsin. İnsanlar belə düşünür ki, əgər bu qəhrəmanlar onları tərk etsə qəm və qüssəyə düçar olacaqlar. Allah Təala bu ayədə insanlara xəbərdarlıq edir ki, sizin diqqətiniz hədəfinizdə olsun. Allahın yolunda sabitqədəm olun. Əgər sizi hidayət edən aranızdan gedərsə, yolunuzu azmayın. Allah buyurur ki, əgər sizin qəhrəmanınız Peyğəmbər (s) belə olsa o, ancaq bir rəsuldur. Sizə düz yolu göstərmək üçün gəlmişdir. Sizi düz yola hidayət etmək üçün gəlmişdir. Diqqətiniz onun barmağının işarə etdiyi tərəfdə olsun. Bəzən biz müsəlmanlar o qədər qəhrəmanlarımıza diqqət edirik ki, əsl hədəfi unuduruq. Baş verən zülmləri, ədalətsizlikləri və xarlıqları görürük. Etdiyimiz tək iş budur ki, deyirik: “İmam Zaman ağa (ə.f) gələcək və bu vəziyyəti düzəldəcəkdir”. Adımızı da muntəzir qoyuruq. Ancaq bir muntəzirin hədəfini unuduruq. Biz çox süst olmuşuq. Davamlı olaraq elə bir insanı axtarırıq ki, onu qəhrəman edək. Onu mədh edək, onun fəzilətlərini danışaq. Öz istəyimizi onun istəyi kimi tanıdaq. Sonra da bu yolda öz haqqımızı axtarmağa başlayaq. Halbuki, öz ətrafımızda fırlanırıq. Sanki yerin və göyün əmanət yükünü bizim çiynimizə qoyublar. Yaxşı olar ki, ey mömin! Bu qəflət yuxusundan ayılasan. Agah şəkildə qəhrəmanpərəst olmayasan. Və yadda saxlayasan ki, Allah hər şeyə qadirdir. Bu hamımıza kifayət edər. (Tebyan) /Deyerler.org/ | |
Views: 2151 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |