Bazar günü, 2024-12-22, 5:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2013 » Dekabr » 13

Həqiqətən də düşündürücü sualdır. Saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz.  Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət  vaxtıdır. 
Kateqoriya: Müxtəlif | 585 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


 Bəzi vaxtlar özümüzü o qədər süst hesab edirik ki, addım belə atmaq istəmirik. Gündüzlər gecə olur, gecələri gündüz olur. Deyirik ki, sabah mütləq hansısa işi görməyə başlayacağam. Ancaq sabah, olur, iki gün keçir, üç gün keçir, hələ də həmin işi görmürük. 
Kateqoriya: Müxtəlif | 801 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


Bir çox insanlar xüsusilə də cavanlar belə düşünürlər ki, dindarlıq şənlənməyin əleyhinədir. Onlar belə düşünür ki, o kəslər ki, daha çox dindardırlar, həyatdakı şənliklərdən daha az bəhrələnirlər. O kəslər ki, dinin əsaslarına daha az əməl edirlər, həyat ləzzətlərindən və şənliklərindən bəhrələnməkdə daha çox azaddırlar.
Kateqoriya: Müxtəlif | 713 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


Ailə haqqını Peyğəmbərlərdən (s), Məsum İmamlardan (ə) gözəl yerinə yetirən yox idi. Həzrət Peyğəmbərin (s) həyatına tamaşa edəndə görmək olur ki, o, həm rəsul idi, həm də yaxşı ailə başçısı idi. Ona nazil olan vəhyləri insanlara çatdırmalı, onları düz yola hidayət etməli idi. O, elə bir insan idi ki, ailəsinin haqqını gözəl yerinə yetirərdi. O, deməzdi ki, mən peyğəmbərəm və vəzifəm ağırdır.
Kateqoriya: Müxtəlif | 724 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


İmam Sadiq (ə) buyurur: "Allaha and olsun, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ziyana düşməz. Baxmayaraq ki, ömrü boyu ancaq bir dəfə bu cür səcdə edibdirsə”. 
Kateqoriya: Müxtəlif | 783 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


 İnsan həyatı o zaman pak və kamil olur ki, qəlbində Allahı yada salır və onun köməyi ilə həyatın bütün fəsadları və cazibəsi ilə mübarizə aparır. Zahiri və daxili şeytanların əlini kəsir. Həqiqətdə namaz möhkəm dayaq və şeytanla mübarizədə İlahi köməkçidir. İnsanlar onun vasitəsilə Allahla rabitələrini möhkəmləndirirlər. 
Kateqoriya: Müxtəlif | 762 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


O kəslər ki, Allahın halal və haramına riayət etmirlər, cəhənnəm yolunun yolçularına çevrilirlər. Əmirəl-möminin (ə) xütbələri toplusu olan "Nəhcul-bəlağə”yə diqqət edəndə görmək olur ki, İmamın (ə) kəlamlarının əsas mehvəri - təqvadır. 
Kateqoriya: Müxtəlif | 685 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


Yuxu - ölümün qardaşıdır. İmam Cavaddan (ə) soruşurlar: "Ölüm nədir?”. Həzrət (ə) buyurur: "Ölüm həmin yuxudur ki, hər gecə sorağınıza gəlir. Ancaq zamanı uzundur, insan ondan Qiyamət gününə qədər ayılmaz”. (Tebyan)
Ölüm və yuxu: fərqləri və oxşarlıqları.
Kateqoriya: Müxtəlif | 784 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


Allah Quranda insanları düzgün rəhbərliyə itaətə dəvət edir. Düzgün rəhbərliyi tanımaq çətin bir iş deyildir - peyğəmbərlər (ə), İmamlar (ə), fəqihlər.
Kateqoriya: Müxtəlif | 778 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13


İmam Sadiq (ə) buyurur: "Mömin üçün ən gözəl libas - təqva libasıdır”. Çünki libas elə bir şeydir ki, insanın zahiri eybini örtür. İnsanı soyuqdan və istidən qoruyar. Təqva, Qiyamət  günündə insanı bu günün əzablarından və əziyyətlərindən hifz edər. Ona görə insan üçün ən gözəl libasdır. Təqva libası insanı həm zahiri və həm də batini çirkinliklərdən qoruyar. (Erfan)
Kateqoriya: Müxtəlif | 752 | Elave etdi: Ənfal | Tarix: 2013-12-13