Bazar günü, 2024-12-22, 6:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 14 » Zümrüd daşı
10:57 AM
Zümrüd daşı
  Tarix boyu
  Xalis zümrüd daşlarından əsasən İran və Rus şahları istifadə edirdilər. Tarixi tədqiqatlar zümrüdün Firon məzarlıqlarından çıxdığından xəbər veirir. Kleopatra zümrüdə xüxusi zövqlə yanaşırdı. Hələ qədim zamanlardan indiyədək zümrüd xüsusilə Şərqdə dəyərini və nadir tapıntı olduğu haqda fikirləri qoruyub saxlamaqdadır.
    Gözəlliyi ilə yanaşı, zümrüd həm də müsbət psixoloji təsirə malikdir. Belə ki, onu gəzdirən şəsx özünü rahat, sərbəst, qayğısız, arxayın və yüksək əhval-ruhiyyədə hiss edir.

   Zümrüd - briliyantdan sora ən qiymətli daş hesab olunur. Qədim zamanlarda ona smaraqd deyərdilər.

Təsir
    Zümrüdün yaşıl rəngi gəncliyin, həyatın, harmoniyanın, xoş xatirə və arzuların, baharın nişanəsidir. Qeyd olunan xüsisiyyətlərlə birlikdə istər qədim dinlər, istərsə də İslam ədəbiyyatında zümrüdün yoxsulluğun aradan qalxması, həmçinin cadi və tilsimə qarşı müsbət təsir göstərildiyindən xəbər verir.
    Əlbəttə, zümrüd o zaman müsbət təsir gəstərə bilər ki, insan ilahi göstərişlərə əməl edib Allahın halalını halal, haramını da haram bilsin. 5 karatlıq zümrüd almaz daşından da baha olur. Moos şkalası ilə zümrüd daşının möhkəmliyi - 7, 5, 8, almazın möhkəmliyi isə 10 vahiddir.

Əks təsir
    Yəni bu o demək deyil ki, zümrüddən hazırlanan zinət əşyalarından istifadə edən şəxs faydalı əməlkə məşğul olmaq əvəzinə, kimsə ona yardım edəcəyini gözləməli və ya "onsuz da zümrüd məni cadu və tilsimdən qoruyacaq" "məntiqini" əsas tutaraq Allahın vacib buyurduqlarına əməl etməməlidir.


Saxtakar
    Süni zümrüdlər xalis zümrüdlərə çox bənzəsələr də, 360-liq ultrobənövşəyi şüanın filtirləşməsi ilə özünü biruzə verir. Belə ki, xalis zümrüdə təsir edə bilməyən ultrobənövşəyi süa sinetetik zümrüdlərə şabalıdı rəngdəki lüminessensiya (soyuq işıqlanma, temperaturun artması nəticəsində deyil, başqa səbəblərdən əmələ gələn işıqlanma hadisəsi - red) aşkar edir.

Zümrüd əsasən Kolumbiyanın Muso, Cənubi Afrika respublikasının Transvaal və Uralın Malişevski əyalətlərində əldə olunur.


Category: Bezi meslehetler | Baxış: 2652 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]