Bazar günü, 2024-12-08, 5:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 19 » İstehza və rişxənd
6:58 AM
İstehza və rişxənd

Haram buyurulmuş əməllərdən biri də (həm də qeybət amillərindən olduğuna görə) istehza və rişxənddir. Bu amilin özünün başqa səbəblərdən qaynaqlandığına baxmayaraq, öz yerində araşdırılmalı bir məsələdir. Lakin bəhsimiz hələlik qeybətə yaxın amillər (yəni, bilavasitə qeybət etməkdə təsirli olan amillər) barədədir.
Şübhə yoxdur ki, rişxənd və istehza da çox zaman zəif imanlı adamları qeybətə vadar edən həmin amillərdən biridir. Elələri vardır ki, başqalarını gözdən salmaq üçün onlara istehza edir, məclis əhlini güldürmək naminə onların şəxsiyyətinə toxunur, yerişini, danışığını, yemək yeməsini yamsılayaraq işarə və kinayə etməklə başqalarına rişxənd edirlər. Bu vasitə ilə onlar öz intiqam alovlarını sakitləşdirir, ən azı başqalarının hörmətdən salmaqla öz dostlarını razı salırlar. Buna görə də "Qurani-Kərim”də bu əməl ciddi surətdə qadağan edilib hər hansı bir şəxsə zülm etmək kimi qiymətləndirilir, belə şəxslər cəzalanmaqla hədələnib tövbəyə dəvət edilərək buyurulur:
"Ey iman gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir: (Özlərinə zülm edənlərdir!) («Hücərat»-11).
Təfsirçilərdən bəzisi yuxarıdakı ayənin nazilolma səbəbləri barədə belə yazmışlar:
Bu ayə Sabit ibn Qeys ibn Şəmmas haqda nazil olmuşdur. Sabitin qulaqları ağır eşidirdi. Məscidə daxil olanda Peyğəmbər(s)-in mübarək kəlamlarını eşitmək üçün ona minbərin yaxınlığında oturmağa yer verirdilər.
Bir gün o, yenə məscidə gəldi. Camaat sübh namazını artıq qılıb qurtarmış, hərə bir yerdə oturmuşdu. Sabit də başqa günlərdə olduğu kimi Peyğəmbər(s)-in yaxınlığında oturmağa cəhd göstərirdi. Buna görə də: "Yol verin, yol verin, qoyun Peyğəmbər(s)-in yanında əyləşim”, - deyə adamları yararaq minbərə tərəf irəliləyirdi. Nəhayət, məsciddəkilərdən biri ona: "Elə buradaca otur” - dedi. O da orada əyləşdi, lakin Peyğəmbər(s)-in yanında oturmaq üçün ona yol vermədiklərinə görə çox narahat oldu. Hava işıqlaşandan sonra o soruşdu: "Sən kimsən?” Həmin şəxs cavab verdi: "Mən filankəsəm.” Sabit: "Filan arvadın övladı?!” - deyə onun anasının adını elə çəkdi ki, (cahiliyyət dövründə belə bir təbiri tənə kimi qəbul edirdilər) həmin kişi utanaraq xəcalətdən başını aşağı saldı. Sonra bu ayə nazil oldu.(«Behcətüs-səbağə fi şərhi-nəhcül-bəlağə» birinci çap: (Qum nəşriyyatı) 1398 h.q: X c/s-29.)
Qeyd:
Tanrı dərgahında bəndələrin biri-birindən üstünlük meyarı təqva və namuslu olmaqdır.(«Nəhcül-bəlağə» (Feyzül İslam): hikmət №216) Buna görə də heç kimin başqasını özündən aşağı sanıb, ona həqarətlə baxmağa haqqı yoxdur. Ola bilsin ki, həmin şəxs Allah dərgahında ondan üstündür.


Category: Exlaq | Baxış: 1033 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]