Şənbə günü, 2024-12-21, 9:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 19
Qəzəb
Allah bəndəsinin çəkinməsi lazım olan haramlardan biri də qəzəbdir. Bu da qeybət etməyə insanı vadar edən amillərdən biridir.
İnsan birinin əlindən qəzəblənən zaman öz qəzəbini sakitləşdirmək üçün qeybətə əl atır. Bu fikirlə ki, əgər öz düşməninin şəxsiyyətini alçaldarsa, ürəyi soyuyar, sakitləşər. Amma daha bilmir ki, belə hallarda qəzəb insan dünyasını və axirətini puç edən nə kimi təhlükə və zərərlər əmələ gətirir. İndi isə qəzəbin pis nəticələri haqda nəql olunmuş hədisləri nəzərinizdən keçiririk.
Qəzəbin ağır nəticələri
Əmirəlmöminin Əli(ə) buyurur:
Kateqoriya: Exlaq | 1117 | Elave etdi: Ənfal | Tarix: 2011-12-19 | Sherhler (0)

İstehza və rişxənd
Haram buyurulmuş əməllərdən biri də (həm də qeybət amillərindən olduğuna görə) istehza və rişxənddir. Bu amilin özünün başqa səbəblərdən qaynaqlandığına baxmayaraq, öz yerində araşdırılmalı bir məsələdir. Lakin bəhsimiz hələlik qeybətə yaxın amillər (yəni, bilavasitə qeybət etməkdə təsirli olan amillər) barədədir.
Şübhə yoxdur ki, rişxənd və istehza da çox zaman zəif imanlı adamları qeybətə vadar edən həmin amillərdən biridir. Elələri vardır ki, başqalarını gözdən salmaq üçün onlara istehza edir, məclis əhlini güldürmək naminə onların şəxsiyyətinə toxunur, yerişini, danışığını, yemək yeməsini yamsılayaraq işarə və kinayə etməklə başqalarına rişxənd edirlər.
Kateqoriya: Exlaq | 1034 | Elave etdi: Ənfal | Tarix: 2011-12-19 | Sherhler (0)