Bazar günü, 2024-12-22, 11:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2013 » Iyun » 11
Ehtiyac hiss etmək - təvazökarlıqdandır, kiçiklik hissi təvazökarlıqdandır. Allah dərgahında namaz qılır və ibadət edirik. "Həmd” surəsini oxuyuruq. Bu surənin vasitəsilə necə kiçik və ehtiyaclı olduğumuzu bəyan edirik. Bu surə vasitəsilə Allaha şükür edirik. Təkəbbür əhli isə heç bir zaman şükür etməz.
Kateqoriya: Müxtəlif | 550 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11

Psixoloqların nəzərinə görə, bütün uşaqları eyni cür tərbiyə etmək qeyri-mümkündür. Digər işlər kimi, bu da kimi eyni qayda və qanuna malik deyildir. Hər halda uşaqların tərbiyəsi üçün ümumi tərbiyə yolları vardır ki, valideynlər onunla tanış olmalıdır.
Kateqoriya: Müxtəlif | 636 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11

Hər bir möminin bariz sifətlərindən biri - iffətli olmasıdır. İffətli insan özünü elə bir tufanlı dəryada görür ki, heç bir nəfsani burulğanlar ona qələbə çala bilməz.
İmam Sadiq (ə) buyurur: "Cəfərin (İbni Muhəmmədin (ə)) ardıcılları o kəslərdir ki, qarınpərəstlik və şəhvət qarşısında çox sayda iffətə və səyə malikdirlər. Onun savabına ümid bəsləyirlər. Onun cəzasından qorxarlar. Nə zaman kimisə bu sifətlə görsən, onlar mənim ardıcıllarımdır”.
İmam Əli (ə) buyurur: "Ən yaxşı ibadət - iffətdir”.
633 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11

Qurani-Kərimin ayələrində bəzi xüsusiyyətlər tanıdılır ki, hər bir insanda onlar olarsa, savab və mükafatı ikiqat olar.
"(İki səmavi kitaba iman gətirib əməl etməyə) səbir etdikləri üçün onlara iki dəfə əcr veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər” ("Qəsəs” 54).
Kateqoriya: Müxtəlif | 661 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala bəndələri arasında ağıldan daha dəyərli bir şey paylamamışdır. Allah ruzini bəndələri arasında bölmüşdür: hava, su, ömür, ləzzətlər... Hamısı Allahın malıdır. Bu qədər müxtəlif və rəngarəng nemətlər içərisində heç bir nemət ağıl kimi dəyərli bölünməmişdir. Allah Təala tarix boyu heç bir peyğəmbəri bəşərə göndərməmişdir, məgər bu hədəflə ki, insanların arasında ağlı kamil etsinlər”.
Kateqoriya: Müxtəlif | 662 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11

Məsumların (ə) nəzərinə görə, Allahı tanımaq özü ilə 5 bərəkət gətirər.
 
1. Yaranmışlardan ehtiyacsız olmaq.
Əgər insan həqiqətən Allahı tanıyarsa, hiss edər ki, Allahdan başqasına ehtiyacı olmaz. İmam Əli (ə) buyurur: "O qəlbdə ki, Allah mərifəti yer alar, Allahın xəlqindən ehtiyacsız olmaq da yerini alar”.
Kateqoriya: Müxtəlif | 561 | Elave etdi: Ənfal | Tarix: 2013-06-11