Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Təvazökarlıq - elm ağacının meyvəsidir
2013-06-11, 3:13 AM | |
Təvazökarlıq - elm ağacının meyvəsidir Ehtiyac hiss etmək - təvazökarlıqdandır, kiçiklik hissi təvazökarlıqdandır. Allah dərgahında namaz qılır və ibadət edirik. "Həmd” surəsini oxuyuruq. Bu surənin vasitəsilə necə kiçik və ehtiyaclı olduğumuzu bəyan edirik. Bu surə vasitəsilə Allaha şükür edirik. Təkəbbür əhli isə heç bir zaman şükür etməz. O zaman ki, Allah Təalanı Qiyamət gününün Maliki hesab edirik, özümüzün kiçik olduğumuzu etiraf edirik. Bəndə olmaq istəyimizi bildirərək, necə Ona möhtac olduğumuzu bildiririk. Bütün bunlar təvazökarlığın nişanəsidir. Ancaq görəsən doğrudanmı biz təvazökarlıq edə bilirik? Allahın bəndəsi olduğumuzu etiraf edib, Ona bəndəlik edirikmi? Bəlkə Ondan hidayət istəyib, özümüzsə əslində üsyan edirik? Atalar misalında deyilir ki, o ağacın ki, barı çox olar, başını aşağı salar. Bu, həmin təvazökarlıqdır ki, elmdən qaynaqlanar. Pak qəlblərdə qürur, riya, təkəbbür olmaz. Əgər alimin elmi təvökarlıqla bir yerdə olmazsa, bu elm onu kamala çatdırmaz və Allaha yaxınlaşdırmaz. Onu ruhi və mənəvi inkişaf etdirməz. Təvazökarlıq qəlblərdə İlahi feyzin yatağına çevrilər. Ancaq təkəbbür bu feyzin qarşısını alar. Quran bəzən təvazökar insanların misalını bəyan edər və bizə nümunə kimi təqdim edər. Həzrət Musanın (ə) Həzrət Hızrın (ə) ardınca getməsi kimi. Özü peyğəmbər olmağına baxmayaraq, Hızrın ardınca düşür. Onun sözlərini eşidir və qəbul edir, səbr edir. Çünki onun elmindən bəhrələnmək istəyir. Bu Həzrət Musanın (ə) elmə və biliyə görə göstərdiyi təvazö idi. Bizlərə elm öyrənən zaman səbirli və təvazökar olmağı öyrədir. Yəni, insan müəlliminə qarşı təvazökar olmalıdır. İnsan gərək həm müəlliminə və həm də şagirdinə qarşı təvazökar olsun. Çünki belə hallarda təkəbbür insanın sorağına çox gələr. Bəzi insanlar malik olduqları elmi başqalarının üzünə vurarlar. Özlərini eybsiz və nöqsansız hesab edərlər. Quran bu cür alimi məzəmmət edir və onu nəfsini islah etməyə dəvət edir. "Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır”. ("Nəcm” 32). Hər bir şeyin bəlası vardır. Elmin bəlası isə qürur və təkəbbürdür. Bu cür insanlar elm atına minərək o yana və bu yana çapar və heç kimə etina etməzlər. Bu xüsusiyyətlərinə görə insanların ğözündən düşərlər. Özlərini ən üstün hesab edərlər. Hamını tənqid edər, özlərinə düşmən qazanarlar. Özlərini isə hər cür səhvdən uzaq hesab edərlər. Heç kimin nəsihətini qəbul etməzlər. Ona görə də hər bir alim və müəllim elm öyrənmə ədəbinə malik olmalıdır. Təvazökar olub, özünü qüruruna qurban verməməlidir. Bu, bir müəllimin ləyaqətindən qaynaqlanır. Əgər elm ağacımız çoxlu bar gətiribsə, təvazökar olaq və başımızı aşağı salaq. (Tebyan/ Deyerler.org) | |
Views: 768 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |