Bazar günü, 2024-12-22, 4:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 05
Aşuraya səthi psixoloji baxış


     Şübhəsiz ki, İslam dininin şəxsiyyət yetirmək sistemi başqa məktəblərlə müqayisədə ən mükəmməl olanıdır. Biz bunu ayrı-ayrı övliyaların həyatına nəzər salaraq görə bilərik. Tarixdə yalnız bir qeyri-adi hadisə var ki, orada iştirak edənlərin hamısı – südəmərindən tutmuş ahıl qocasınadək – yüksək əqidə nümayiş etdirmişdir. Bu, Kərbəla vaqiəsidir. Burada baş vermiş hadisələrə səthi də olsa psixoloji yöndən baxsaq, Kərbəlaya varid olmamışdan öncəki mərhələləri "aydınlatma və hədəfi dəqiqləşdirmə mərhələsi” adlandıra bilərik. Belə ki, rəhbər ayrı-ayrı məqamlarda məqsədin sırf mənəvi olduğunu müxtəlif çıxışlarla bəyan etmişdi. Odur ki, bu 200 nəfərlik karvan "yəqin üzrə” hərəkətə gəlib zülm, təzyiq, qan-qada, casusluq və təhlükə olan bataqlıq bir mühitdə həqiqəti göstərməyi nişan almışdı.
Kateqoriya: Diger me'lumatlar | 821 | Elave etdi: Ənfal | Tarix: 2011-12-05 | Sherhler (0)

KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK
AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (1)
  Bismillahir-rəhmanir-rəhim

     Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-Taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!
     Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və məlumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək. 
Kateqoriya: Diger me'lumatlar | 1478 | Elave etdi: Ənfal | Tarix: 2011-12-05 | Sherhler (0)