Şənbə günü, 2024-11-23, 12:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Noyabr » 11
QİYAMƏTDƏ HESAB
Quran ayələri və hədislərdən məlum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır.
Quranda buyurulur: "Qiyamətdə ədalət tərəzilərini bərqərar edərik. Heç kəsə zülm olunmaz. Əgər bir xardal dənəsi ağırlığında əməli olsa da onu hesaba çəkərik. Bizim özümüz hesab çəkmək üçün kifayətik.”("Ənbiya” surəsi, ayə:47)
Yenə buyurulur: "Əgər nəfsinizdə olanları zahir etsəniz, yaxud gizlətsəniz Allah sizdən ona görə hesab çəkəcəkdir.”("Bəqərə” surəsi, ayə:284)
"Əməllərin miqdarının öçülməsi qiyamətdə haqq əsasında olacaqdır. Hər kəsin əməl tərəzsisi ağır olsa nicat tapar. Hər kəsin də əməl tərəzisi yüngül olsa onlar öz nəfslərinə ziyan vermiş olacaqlar. Çünki Bizim ayələrimizə zülm etdilər.”("Ə”raf” surəsi, ayə:8)
Kateqoriya: Diger me'lumatlar | 686 | Elave etdi: Ənfal | Tarix: 2011-11-11 | Sherhler (0)