Şənbə günü, 2024-12-21, 10:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Noyabr » 08
ÖZÜMÜZDƏN NƏ DÜZƏLDİRİK?
Yüksək (ali) elmlərdə isbat olunmuşdur ki, insan ruhunun yaranması cisimdən başlayır, lakin onun davam edib qalması ruha bağlıdır. Yəni insanın mələkuti ruhu onun əvvəlki cismani surətindədir ki, tədrici olaraq hərəkət və təkamül vasitəsilə insani ruhun ilkin (ən aşağı) mərhələsinə yəni, insan mərhələsinə çatır. Hərəkət və təkamül həmin mərhələdə də dayanmır və ömrünün axırına qədər davam edir. İşin əvvəlində mücərrəd, mələkuti və maddi aləmin fövqündə olan bir varlıqdır, lakin tam və kamil mücərrədliyə malik deyildir, öz vücudunun aşağı mərhələsi baxımından cismə və bədənə meyllidir və iki dərəcəyə malikdir. Onun bir dərəcəsi maddi olub bədənlə əlaqəlidir. O, maddi işləri görür, buna görə də onun barəsində hərəkət və kamala doğru yönəlmə təsəvvür olunur. 
Kateqoriya: Exlaq | 827 | Elave etdi: Ənfal | Tarix: 2011-11-08 | Sherhler (0)