Bazar günü, 2024-12-22, 4:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Oktyabr » 03
MƏSX OLMUŞ İNSAN
Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qism insanlar barəsində belə buyurub:

Kateqoriya: Diger me'lumatlar | 875 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Və nəhayət hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur.
Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm 
Kateqoriya: Diger me'lumatlar | 869 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)

BƏRZƏX ALƏMİ
İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir:
«Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.»

Kateqoriya: Diger me'lumatlar | 1026 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)