Şənbə günü, 2024-04-27, 3:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » Peyğəmbərlər

Peyğəmbərimizin (ə) ömrünün son saatları
2013-01-12, 7:04 AM
Peyğəmbərimizin (ə) ömrünün son saatları

(Həvzəh saytına istinadən)
Rəhmət Peyğəmbərinin (s) vəfatı İslam tarixində ən qəmli hadisə kimi qeyd edilmişdir. İmam Əli (ə) Həzrətin (s) ruhsuz bədəninə qüsl verəndən sonra onu kəfənlədi və sonra da üzündəki kəfəni kənara çəkib, Həzrətə (s) belə xitab etdi: "Atam, anam sənə fəda olsun! Sənin vəfatınla nübuvvət və İlahi vəhy və səma xəbərlərinin arası kəsildi. Əgər bizi müsibətlər qarşısnda səbir etməyə dəvət etməsəydin, sənin ayrılığına görə elə göz yaşı tökərdim ki, gözümün göz yaşları bulağı quruyardı. Bizim bu müsibətə qəmgin olmağımız həmişəlikdir. Baxmayaraq ki, bu qədər qəm sənin müsibətin üçün çox azdır. Ancaq bundan başqasına çarə yoxdur. Bizi o biri dünyada yada sal və xatirində saxla”.



Sonra mübarək üzünü kəfənlə bağlayır və onu dəfn edir.



Şeyx Müfid nəql edir: "O zaman ki, Rəsullah (s) əcəlinin yaxınlaşmasından xəbərdar oldu, müsəlmanları hər fürsətdə fitnədən uzaq olmağa dəvət edir. Müsəlmanlara sünnətə bağlı olmaqlarını və vəhdət təşkil etmələrini tövsiyə edərdi. Onları Əhli-beytinin (ə) ardınca getməyə və onları qorumağa dəvət edirdi. Onlara qarşı çıxmaqdan çəkindirirdi. Həzrət (s) buyurardı: "Ey insanlar! Mən sizin aranızdan gedirəm, siz Kövsər hovuzunda mənimlə görüşəcəksiniz. Agah olun ki, sizə iki şeyə görə sual verəcəyəm. Bilin, Allah mənə xəbər vermişdir ki, məni görmək üçün bu ikisi gərək bir-birindən ayrılmasın. Mən bunu Allahdan istəmişəm və O da mənə veribdir. Agah olun ki, mən bu ikisini sizin aranızda qoyuram. Allahın Kitabını və itrətimi. Bu ikisindən irəli getməyin ki, ayrıla bilərsiniz, geri qalmayın ki, həlak olarsınız. Çalışmayın ki, bu ikisinə nəyisə öyrədəsiniz. Çünki o ikisi sizdən daha agahdırlar. Ey insanlar! Elə olmayın ki, məndən sonra küfrünüzə geri qayıdasınız. Bir-birinizin qanını tökəsiniz. Agah olun ki, Əli ibni Əbitalib (ə) mənim qardaşım və vəsimdir”.



Şeyx Müfud nəql edir: "Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: "Cəbrayil (ə) hər il Quranı bir dəfə mənə təqdim edərdi. Bu il isə iki dəfə təqdim etmişdir. Bunun səbəbini əcəlimin çatmağından başqa bir şeydə görmürəm. Ya Əli! Mən dünya xəzinəsi ilə behişt arasında ixtiyar sahibi olmuşam. Ancaq Pərvərdigarımla görüşü və behişti seçmişəm”.



Şeyx Müfid yazır: "O zaman ki, insanlar Həzrətin (s) xidmətindən bayıra çıxırlar, Həzrət (s) buyurur: "Qardaşım Əli ibni Əbutalibi və əmimi mənim yanıma gətirin”. Onlar Həzrətin (s) yanına gəlirlər. Həzrət (s) üzünü əmisinə çevirib buyurur: "Ey Abbas! Ey Rəsulallahın əmisi! Mənim vəsiyyətimi qəbul edərsənmi, vədələrimə əməl edərsənmi?”.



Abbas dedi: "Ey Allahın Rəsulu! Sənin əmin qoca kişidir və yaşı keçmişdir. Sən səxavətli və kərim bulud kimi idin və ola bilsin ki, sənin elə vədən olsun ki, əmin yerinə yetirə bilməsin”. Sonra Peyğəmbər (s) üzünü İmam Əliyə (ə) çevirib, buyurur: "Ey mənim qardaşım, mənim vəsiyyətimi qəbul edərsənmi, vədlərimə əməl edəcəksənmi? Məndən sonra ailəmin işlərini yerinə yetiəcəksənmi?”



İmam Əli (ə) buyurur: "Bəli, ey Allahın Rəsulu!”.



Bu zaman əmr edir ki, qılıncını, zirehini, bütün şəxsi ləvazimatlarını və hətta belinə bağladığı parçanı gətirsinlər. Bütün bu deyilənləri gətirəndən sonra, onların hamısını İmam Əliyə (ə) tapşırdı. Sonra əlindəki üzüyü çıxardıb, buyurdu: "Bunu da al və əlinə tax”. Sonra Əlini (ə) qucaqlayıb, buyurdu: "Allahın adı ilə evinə get”.



Əmmar soruşdu: "Atam, anam sənə fəda olsun, əgər bu hadisə baş versə, sizə kim namaz qılsın?”. Həzrət (s) üzünü Əliyə (ə) çevirib buyurdu: "Ey Əbitalibin oğlu! Ruh bədənimdən çıxandan sonra bədənimə yaxşı qüsl ver və məni bu iki parça arasında kəfənlə. Məni bahalı kəfənlə kəfənləmə. Sonra cənazəmi qəbrimin kənarına gətir. Bu zaman əvvəl Allah Təala ərşin yuxarısında, sonra Cəbrayil (ə), Mikayil (ə), İsrafil (ə) və sayını Allahdan başqası bilməyən mələklər və o kəslər ki, ərşdədirlər, sonra yeddi səmanın sakinləri biri o birisindən sonra, Əhli-beytim (ə), həyat yoldaşlarım bir-birinin ardınca mənə namaz qılarlar. Onlar mənə işarə edər və mənə salam göndərərlər. Ona görə siz də ağlayaraq, sızlayaraq, məni incitməyin”.



Şeyx Müfid İbni Abbasa istinad edərək yazır: "Ənsarın kişi və qadınları məsciddə toplaşıb, ağlayırdılar. Onlar Peyğəmbər (s) üçün ağlayırdılar. Həzrət Əli (ə) və Abbas bu məsələni Peyğəmbərə (s) çatdırırlar. Peyğəmbər (s) buyurur: "Mənim əlimdən tutun”. Başına parşa bağlanmış halda məscidə daxil olur. Minbərdə əyləşib, buyurur: "Ey insanlar! Nə səbəb olub ki, peyğəmbərinizin ölümünü inkar edirsiniz? Məgər ölüm məni və sizlərin hamınızı əhatə etmirmi? Əgər kiminsə cavidan qalması təqdir edilsəydi, həmişəlik sizin aranızda qalardım. Agah olun ki, mən Pərvərdigarıma qovuşacağam. Sizin aranızda da əmanətlərimi qoyub gedirəm ki, onlara söykənsəniz, heç bir zaman yolunuzu azmazsınız. Allahın Kitabı əlinizdədir, gecə-gündüz onu oxuyun. İtrətim və Əhli-beytim (ə), sizləri onlara yaxşılıq etməyi tövsiyə edirəm. Sizi ənsara yaxşılıq etməyi tövsiyə edirəm. Hər zaman xatırlayın ki, Allahın, Peyğəmbərin (s) və möminlərin yanında onların hansı məqamları var idi. Onlar çətinliklə ola-ola sizə pənah yeri və imkanat vermişdilər”.



Bu Həzrətin (s) son məclisi idi, Həzrət (s) üzünü insanlara çevirib son dəfə buyurdu: "Ey insanlar, bilin ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir. Mənim sünnətimdən sonra sünnət mövcud deyildir. Hər kim peyğəmbər olduğunu iddia edərsə, öz iddiası olar. Yeri cəhənnəm olacaqdır. Hər kim peyğəmbər olduğunu iddia edərsə, onu qətl edin. Ey insanlar, haqqı ayaqda saxlayın, ondan ayrılmayın, müsəlman qalın ki, qalıcı olasınız”.



Bəli, bu Həzrətin (s) son xütbəsi idi və Həzrət (s) evinə qayıdır və mübarək gözlərini bu fani dünyaya bağlayır və Haqqın rəhmətinə qovuşur. Peyğəmbəri (s) öz evində dəfn edirlər, çünki özü belə vəsiyyət etmişdi...



Allah Təala bizləri o Həzrətin (s) yolunu gedənlərdən qərar versin!





Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Peyğəmbərlər | Added by: Ənfal
Views: 950 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 2
0  
2 azerseyidzade   (2015-09-15 3:37 PM) [Daxil et]
UCA ALLAHIN SALAMI OLSUN PEYGAMBARA VA ONUN PAK AHLI BEYTINA.

0  
1 samirhesenov   (2013-10-20 9:15 PM) [Daxil et]
Allahu Ekber!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]