Şənbə günü, 2024-04-27, 5:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Əli (ə)

Proqramlı həyatla bağlı İmam Əlinin (ə) tövsiyəsi
2013-01-08, 2:35 AM
Proqramlı həyatla bağlı İmam Əlinin (ə) tövsiyəsi

 Nizamlı və proqramlaşdırılmış iş görmək - insan həyatına həmişə müsbət təsir qoymuşdur. İmam Əli (ə) həyatının son anlarında davamçılarına iki mühüm həyati amili tövsiyə etmişdir: "Sizi nəfsinizi saxlamağı və işinizdə nizamlı olmağı tövsiyə edirəm”.


Həyatımızda nizam yaratmaq üçün gündəlik işlərimizi proramlaşdırmalıyıq. Hər bir işi öz münasib vaxtında yerinə yetirməliyik. İmam Kazım (ə) müsəlmanların vaxtını dörd hissəyə bölərdi: "1. Allahla raz-niyaz etmək. 2. Ruzi qazanmaq üçün səy etmək. 3. Başqaları ilə qurucu rabitə qurmaq. 4. Sağlam gəzinti”.

İnsan həyatda müvəffəqiyyət qazanmaq üçün, fürsətlərindən və qabiliyyətlərindən ən yaxşı şəkildə istifadə etmək üçün məntiqli proqramlar tərtib etməlidir. O kəsin ki, həyatı qarışıq və darmadağındır, o, irəli gedə bilməz. Qurduğunuz proqrama sürətlə və dəqiq əməl edin. Bu günün işini sabaha saxlamayın.

Mövlamız İmam Əli (ə) İbni Mülcəm tərəfindən zərbətlənəndən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə) belə buyurur: "Siz və bütün övladlarım, mənim yazımın çatdığı hər kəsə Allahın təqvasını və işlərində nizamlı olmağı tövsiyə edirəm”.

Mühüm nöqtə odur ki, İmam (ə) o xüsusi halda etdiyi vəsiyyətdə təqvanı tövsiyə edəndən sonra, müsəlmanları nizamlı olmağa dəvət edir. Bu da onu göstərir ki, əgər müsəlman həyatında müvəffəq olmaq istəyirsə gərək işlərində nizamlı və dəqiq olsun.

Başqa bir hədisdə Nəman ibni Bəşirdən oxuyuruq ki, nəql edir: "Allahın Rəsulu (s) bizim namaz sıralarımızı elə nizama salardı ki, sanki kamanda olan oxları nizama salardı. Bir gün namaz üçün gəldi və təkbir demək istəyən zaman gördü ki, bir kişi sinəsini qabağa vermişdir. Buyurdu: "Ey Allahın bəndələri! Allahın sıralarını qaydaya salın, əks halda Allah sizi hamıdan üz göndərmiş edər”. (yəni, münaqişəyə düçar olarsınız).

Ona görə də deyə bilərik ki, müsəlman üçün nizamlı olmaq çox böyük əhəmiyyətə malikdir. Bunun əksi olan nizamsızlıq nəticəsində insanın əlində olan qızıl fürsətlər aradan gedər və məhv olar. İnsanlar əməllərində nakam qalarlar. Nizamsız insan tənbəllik nəticəsində ömrünün gözəl fürsətlərini əldən verər. Nizamsızlıq peşmançılığa və həsrətə səbəb olar. O kəs ki, tənbəllik edər özünün və başqalarının hüququnu tapdalamış olar.

İmam Əli (ə) buyurur: "Yaxşı iş əgər bəslənməzsə, köhnələr, köhnə libas və köhnəlmiş ev kimi”.



(Tebyan/ Deyerler.org)
Category: İmam Əli (ə) | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 4.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]