Main » Files » Əhli-Bəyt » İmam Əli (ə) |
Əli (ə), ömrünün son anlarında
2013-06-16, 2:33 PM | |
Məşhur tarixçılərdən ibn Qutəybənin etirafına görə Murtəza Əli
ələyhis-salam ömrünün son anlarında - İbn Mülcəm o həzrətə qəfil hücum
edib qılıncla mübarək başını yaraladıqda buyurdu: "Kəbənin
Rəbbinə and olsun qurtuldum!" (Əl-İmamə vəl-siyasə; s. 160,
Babi-Hələbi-Misir çapı.Əsəd əl-ğabə; İbn Əsir, 4\37, Misir çapı.
Əl-İthaf; Seyid Murtəza Zibdi, 10\319, Qahirə çapı. Tarixi- İbn Əsakir,
"İmam Əli (ə)" bölməsi) "Bu, Allahın və onun Peyğəmbərinin və`didir. Allah və Rəsulunun və`di doğrudur." (Biharül-ənvar; c. 42, s. 282) Sonra, bu şərif ayənin tilavət etdi: "
Sizi torpaqdan yaratmışıq və torpağa qaytaracağıq, yenə də yerdən
qaldıracağıq" – (Taha surəsi, 55-ci ayə) bu zaman Cəbrail, yer və göy
arasında belə nida edib dedi: -And
olsun Allaha! Hidayətin sütunları sındı, təqvanın nişanələri məhv oldu.
Xaliq və məxluq arasında olan möhkəm ip üzüldü, Mustəfa səlləllahu
ələyhi, ahihin əmisi oğlu Murtəza Əli şəhadətə çatdı və ən bədbəxt
quldur onu şəhid etdi. (Biharül-ənvar; c. 42, s. 282) "Oğlum,
bundan sonra üzülmə! Baban Məhəmməd Mustəfa, Nənən Xədiceyi Kubra, anan
Fatimeyi Zəhra və Huril-eyn məni qarşılamağa gəlib və mənim qədəmlərim
gözləyirlər. Elə isə xatirin cəm və gözün aydın olsun, göz yaşı tökmək
bəsdir." (Biharül-ənvar; c. 42, s. 282) Budur
həzrət Əli ibn Əbi Talibin vəsiyyəti. Vəsiyyət etdi və şəhadət verdi
ki, bir Allahdan başqa tanrı yoxdur, şəriksizdir, Məhəmməd Onun elçisi
və quludur. Onu hidayət və haqq ayin üçün göndərdi ki, dinini bütün
dinlərdən üstün etsin, müşriklər xoşlanmasan da. Allahın salamı ona və
Əhli-beytinə olsun! Həqiqətən namazım,
ibadətim, həyatım, ölümüm aləmlərin Rəbbi üçündür. Onun heç bir şəriki
yoxdur. Bunun üçün məmur olmuşam, mən, müsəlmanlardanam! | |
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |