Şənbə günü, 2024-04-27, 5:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Əli (ə)

İmam Əli (ə) kimi qonaqpərvər olaq!
2013-04-07, 12:16 PM
İmam Əli (ə) kimi qonaqpərvər olaq!

Qqonaqpərvərlik - insan əxlqının fəzilətli sifətlərindəndir ki, bir çox mədəniyyətlər və millətlər tərəfindən bəyənilir. Bir çox millətlər iftixar edir ki, qonaqpərvərdirlər. Deyə bilərik ki, hər bir bəşər övladının bu sifət xoşuna gəlir.


Aləmlərin ilk qonaqpərvərini Pərvərdigar adlandırmaq olar. Nuh (ə) gəmiyə minən zaman Allah Təala buyurur: "Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan»”. ("Muminun” 29).

Qurani-Kərim bir çox peyğəmbərləri (ə) bizə tanıdan zaman, onların ən üstün xüsusiyyətinin qonaqpərvər olduğunu bildirir. O zaman ki, mələklər Həzrət İbrahimə (ə) nazil olurlar, ona salam verirlər. O, da cavab verir. "Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi). Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»”. ("Zariyat” 25-27).

Həzrət Yusif (ə) qəhətlik zamanı insanlarla elə rəftar edirdi ki, onu qonaqpərvər adlandırırdılar. "Və elə ki, onları azuqə və səfər vasaiti ilə təchiz etdi, dedi: "(Gələn dəfə) atabir o biri qardaşınızı da mənim yanıma gətirin. Məgər görmürsünüzmü mən ölçü qabını tam doldururam və qonaq qəbul edənlərin ən yaxşısıyam?»”. ("Yusif” 59).

İlahi peyğəmbərlər (ə) qonağa qarşı o qədər ehtiram qoyurdular ki, Quran Həzrət Lutun (ə) nigarançılıqlarından birini qonaqlarına edilən hörmətsizlik kimi tanıtmışdır.

"Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin»” ("Hicr” 68).

Məsumlarımız (ə) da həmişə qonağa hörmət edərdilər. İmam Həsən Əsgəri (ə) bizə İmam Əlinin (ə) qonaqpərvərliyindən danışır və bizi təəccübləndirir.

İmam Əli (ə) ictimai qüdrətinə baxmayaraq, qonaqları ilə elə rəftar edərdi ki, hamı üçün dərs olmalıdır. Onun bu hərəkətindən başa düşmək olur ki, heç kim yaşına, ictimai vəziyyətinə, sərvətinə görə qonağa hörmət etməmək üçün bəhanə gətirə bilməz.

İmam (ə) buyurur: "Mömin ata və oğul İmam Əlinin (ə) yanına gəlirlər. Həzrət (ə) onları görüb ayağa qalxır və ehtiramla o ikisini məclisin yuxarı başında əyləşdirir. Özü də onların qarşısında əyləşir. Sonra əmr edir ki, yemək gətirsinlər. O ikisi yemək yedilər və sonra Qənbər su gətirir ki, əllərini yusunlar. Qabağa gəlir ki, onların əlinə su töksün, İmam Əli (ə) ayağa qalxır. Suyu alıb özü qonaqların əlinə su tökmək istəyir. Kişi İmama (ə) deyir: "Ya Əmirəl-möminin! Allah məni sizin əlimə su tökdüyünüz halda görəcəkdir”. Həzrət (ə) buyurur: "Əyləş və əllərini yu. Çünki Allah Təala səni o halda görür ki, səndən üstün heç bir imtiyazı və fəziləti olmayan din qardaşın sənə xidmət edir. Bu xidmətdə qəsdi odur ki, Allah behiştdə ona dünya cəmiyyətinin on bərabərini əta edəcəkdir”. Kişi oturur və İmam (ə) ona buyurur: "Sənin haqqını tanıdığın və hörmətini yerinə yetirdiyin Haqqa and verirəm ki, əllərini yuyan zaman tamamilə rahat ol, sanki Qənbər sənin əlinə su tökür”. Kişi əllərini yuduqdan sonra İmam (ə) suyu Muhəmməd ibni Hənəfiyə verir və buyurur: "Oğlum! Əgər bu oğlan atası olmadan yanıma gəlsəydim, mən özüm onun əlinə su tökəcəydim. Ancaq Allah Təalanın xoşuna gəlmir ki, ata ilə oğul bir məclisdə olan zaman onların arasında bərabərlik olsun. Bəlkə ata atanın əlinə su tökməlidir, oğul da oğulun”. Muhəmməd ibni Hənəfi də kişinin oğlunun əlinə su töküb yudu”.

İmam Həsən Əsgəri (ə) bu hədisi nəql edəndən sonra buyurur: "Hər kim bu sahədə İmam Əlinin (ə) ardıcılı olarsa, həqiqi Əhli-beyt (ə) davamçısıdır”.



(Tebyan/ Deyerler.org)
Category: İmam Əli (ə) | Added by: Ənfal
Views: 570 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2013-04-09 11:31 AM) [Daxil et]
Allah razi olsun.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]