Şənbə günü, 2024-04-27, 1:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

Mövludun mübarək, ey İlahi Vəhyin Xəzinəsi!
2013-06-12, 5:19 PM

Mövludun mübarək, ey İlahi Vəhyin Xəzinəsi!

 Allah Təala buyurur: "Hüseyni (ə) öz vəhyimin xəzinəsi qərar verdim. Onu şəhadətlə əziz tutdum. Həyatını səadətli şəkildə sona verdim. O, ən üstün şəhiddir, ən üstün məqamı vardır. Kamil sevgini onun yanında qərar verdim və onun itrətini savab və cəza meyarı qərar verdim”.
Seyyidi-şühədanın (ə) nurani varlığı 4-cü hicri ilinin Şəban ayının 3-də, cümə axşamı günü bu dünyaya qədəm basmışdır. O, Həzrət Fatimə (s.ə) ilə İmam Əlıinin (ə) ailəsində dünyaya gəlmişdi. Həzrət (ə) 57 il ömür sürür və ömrünün 7 ilində babası Peyğəmbərin (s) tərbiyəsini alır. 30 il atasının xidmətində olur. On il isə qardaşı İmam Həsənin (ə) imamətlik dövründə onun dayağı və arxası olur. On il isə özü imamətliyin ağır məsuliyyətini çiyninə götürür. İmamın (ə) imamətlik dövrü Müaviyyənin (lən) və sonra da oğlu Yezidin (lən) hökumətlik vaxtına düşür. Müaviyyənin zamanında qiyam üçün şərait hazır olmadığından, İmam Hüseyn də (ə) qardaşı İmam Həsən (ə) kimi o, məlun xəlifə ilə sülh müqaviləsi bağlamağa məcbur olur. Ancaq o, heç bir zaman ədalətsizliklərə qarşı sükut etmirdi. Bacardığı qədər Müaviyyənin (lən) hiylələrini açıb, insanlara göstərməyə çalışırdı. İstər məktubla olsun, istərsə də etirazla dolu çıxışlarla.
Müaviyyə (lən) ölür və yerinə oğlu Yezid (lən) keçir. Bu zaman qiyam üçün şərait hazır olur. İmamın (ə) Yezidin beyətini qəbul etməməsi, kufəlilərin dəvəti, əmr-be-mərufun zərurəti bu qiyam üçün lazımlı şəraiti hazır edir. İmam Hüseynin (ə) cihad əfsanəsi həmişə tarixin yadında qalacaq və hamımız üçün nümunə və örnək olacaqdır.
Həzrət Peyğəmbər (s) üçüncü İmamımız Həzrət Hüseyn (ə) haqqında buyurur:
"Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının ağasıdırlar”.
"Hüseyn (ə) məndəndir və mən də Hüseyndənəm (ə)”.
"(İmam Həsən (ə) və İmam Hüseynə (ə) müraciətlə buyurur) Hər kim ki, sizinlə sülhdədir, mən də sülhdəyəm, hər kim sizinlə davada olar, mən də davadayam”.
"Hər kim məni sevir, gərək bu ikisini (Həsən(ə) və Hüseyni (ə)) sevsin”.
"Hər kim Həsən (ə) və Hüseyni (ə) sevər, behiştdədir, hər kim onları düşmən bilər, atəşdədir”.
 
İmam Hüseyn (ə) dünyaya gələn zaman onu parçaya bürüyüb Peyğəmbərin (s) yanına gətirirlər və bu zaman Cəbrayil (ə) nazil olur və Həzrətə (s) buyurur: "Allah Təala sənə salam verir və buyurur: "Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimidir. Ona görə də bu uşağın adını Harunun kiçik oğlunun adı ilə adlandır””. O, adın ərəb dilindəki mənası Hüseyn idi.
 
Hədislərdə oxuyuruq ki, İmam (ə) dünyaya gələn zaman mələklər də bayram edirdi. Əllamə Məclisi yazır: "Hüseyn (ə) üçün behiştdən paltar gətirmişdilər. Peyğəmbər (s) onu geyindirir və buyurur: "Bu, elə bir paltardır ki, Cəbrayilin (ə) və mələklərin qanadından hörülmüşdür. Hüseynə geyindirir və ona zinət verirəm ki, bu gün onun zinət olan günüdür. Mən onu çox istəyirəm”.
Salam olsun sənə, ey Seyyidi-şühəda!
Salam olsun sənə, ey Peyğəmbərin (s) sevimli nəvəsi!
Salam olsun sənə, ey behişt cavanlarının ağası!
Salam olsun sənə, ey uca Şəhid!
 
(Həvzəh/ Deyerler.org)

Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 730 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]