Cümə günü, 2024-12-27, 1:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

İmam Hüseyn (ə) əzadarlığının tarixi
2012-11-23, 11:30 PM
İmam Hüseyn (ə) əzadarlığının tarixi

 Həzrət Muhəmməd (s) insanlığı zülmətdən nura çıxartdı. Həzrət elə bir dövürdə insanlığa töhfə olundu ki, insanlar cəhalət bataqlığında qərq olurdu. İslam peyğəmbəri insanlara insan kimi yaşamağı öyrətdi. Onun buyuruqlarına tabe olanları insanlığın ən üstün qülləsinə yüksəltdi. Məsələn: Salman Farsi, Əmmar Yasir, Əbuzər Ğifari və...


Təəssüflər olsun ki, Peyğəmbərdən (s) sonra islam dinini tam yəqinliklə qəbul etməyən şəxslər fəsadlar törədərək islam dinini zəiflətdilər. Demək olar ki, insanlar cəhalət dövrünə qayıtdılar. Çox az bir şəxslər dini ayinləri icra edirdilər. Belə bir dövrdə Peyğəmbərin (s) yer üzərindəki canişini İmam Hüseyn (ə) qiyam etdi və islam dinini yenidən diriltdi. Dinə yeni bir həyat bəxş etdi. Buna görə də bu qiyam həmişə dini rəhbərlər tərəfindən anıldı.


Çünki bu qiyam insanlığa çoxlu dərslər öyrətdi. Onun ən önəmli dərsi azadlıq və zülmə boyun əyməmək idi. Bu xüsusiyyət və dərslərə görə dini rəhbərlər bu qiyamı daim yaşadırdılar. Amma din düşmənləri tarix boyu qiyamı unutdurmağa çalışıblar. Qiyam haqda müxtəlif şübhələr yaratdılar və bu yolla insanları qiyamdan uzaqlaşdırmağa çalışdılar. Bu şübhələrdən biri də əzadarlıq haqdadır. Onlar deyirlər ki, İmam Hüseynin (ə) əzadarlıq məclisləri Əhli-beyt (ə) tərəfindən qeyd olunmamışdır. Deməli bu əzadarlıqların heç bir dini əsası yoxdur. Onlar bu yolla qiyamın hədəfləri, amalı və xüsusiyyətləri haqda danışılan əzadarlıq məclislərindən insanları uzaqlaşdırmaq istəyirlər.

Amma biz Əhli-beytin (ə) tarixinə nəzər salanda bu iddianın tamamilə səhv olduğunu dərk edirik. İmamlarımız yaşadıqları siyasi böhran və sıxıntıya görə İmam Hüseyn (ə) əzadarlığını gizli və çox çətin şəraitdə qeyd edirdilər. Amma heç vaxt tərk etmirdilər. Biz imamların yaşadığı şəraitə əsasən əza məclislərin necə bərpa etməsindən bir neçə nümunəni qeyd edirik.

1- İmam Zeynəlabidin (ə)

İmam Sadiq (ə) buyurur: İmam Zeynəlabidin (ə) atası üçün qırx il ağladı. Qulamı onun üçün yemək gətirəndə yemirdi və buyururdu: Peyğəmbərin övladını ac və susuz öldürdülər. Bu cümləni yeməyi göz yaşı ilə qarışana qədər təkrar edirdi. İmam Zeynəlabidin (ə) ölənə qədər bu işi təkrar etdi.( Vəsailuş-şiə, c 3, s 280, bab 87, hədis 3657)

2- İmam Baqir (ə)

İmam Hüseynin (ə) əza məclislərindən birində şair mərsiyə oxudu. İmam Baqir (ə) buyurdu: Əgər var-dövlətim olsaydı. Hamısını ona bağışlayardım. (Misbahul-mutəhəccid, s 713)

3- İmam Sadiq (ə)

Zeyd ibn Şiham deyir: Bir gün küfəlilərlə İmam Sadiqin (ə) hüzurundaydıq. Cəfər ibn Əffan adlı bir şair məclisə daxil oldu. İmam ona ehtiram göstərdi və yanında oturtdu. İmam buyurdu: Sən İmam Hüseyn (ə) haqda gözəl şeirlər yazmısan. Onlardan bizə oxu. Şair oxudu. İmam və məclisdəkilər ağladı. İmam ona buyurdu: Ey Cəfər! Allahın mələkləri sənin səsini eşidib, ağladı. Allah indi cənnəti sənə vacib etdi. (Biharul-ənvar, c 44, s 282)

4- İmam Rza (ə)

Əhli-beyt (ə) şairi Debel Xuzai deyir: Bir gün İmam Rzanın (ə) hüzuruna yetişdim. İmamın şiələri də Həzrətin yanında əyləşmişdi. İmam Rza (ə) çox qəmgin idi. İmam məni görəndə buyurdu: Ey Debel! Xoş halına sən bizə əlin və dilinlə kömək edirsən. Sonra mənə ehtiram etdi və yanında mənə yer verdi. Sonra buyurdu: Bu günlər Əhli-beytin (ə) qəm günləridir. Bu haqda bir şeir oxu. Mən şeir oxudum. İmam və məclisdəkilər şiddətlə ağladılar. (Biharul-ənvar, c 45, s 257)

Bu hədisləri mütaliə etdikdən sonra aydın olur ki, İmam Hüseyn (ə) əzadarlığı imamlarımız tərəfindən həmişə qeyd olunmuş və bizim dövrümüzə gəlib çıxmışdır. Amma imamların dövründəki siyasi vəziyyət onalara əzadarlığı geniş şəkildə qeyd etməyə imkan verməmişdir. Onlar yalnız bu mərasimləri öz yaxın səhabələri ilə birlikdə qeyd etmişlər.

ihq.az

Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 1268 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]