Şənbə günü, 2024-04-27, 1:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Fatimə (ə)

Xanım Fatimə (ə) - ni bəzi səhabələr incitdilər
2013-04-01, 5:36 AM
Xanım Fatimə (ə) - ni bəzi səhabələr incitdilər

Buxari, Səhihinin "Məğazi Kitabı, Xeybər Qəzvəsi Babında" belə yazır.

"Urvə Aişədən nəql edir ki: Rəsulullahın (s. a. a.) qızı Fatimə (s. a.), Əbu Bəkrə xəbər göndərərək Allahın Mədinə və Fedekdə Rəsuluna qaytardığı mallardan olan mirasını və Xeybərin xümsündən qalan malları istədi.
Bunun üzərinə Əbu Bəkr dedi ki:
"Rəsulullah (s. a. a.); "Bizlər miras buraxmarıq. Bizdən qalan şeylər sədəqədir." buyurmuşdur.
Ali-Məhəmməd, yalnız yeməyini bu mallardan ala bilər. Vallah mən, Rəsulullahın (s. a. a.) sədəqəsini öz zamanındakı halından dəyişdirə bilmərəm. Mən də eynilə Peyğəmbərin istifadə etdiyi kimi onları istifadə edəcəyəm."
Beləcə Əbu Bəkir, bu mallardan Fatiməyə heç bir şey vermədi. Fatimə də Əbu Bəkirə qəzəblənərək ona küsdü və ölənə qədər də onunla danışmadı.
Fatimə, Rəsulullahdan (s. a. a.) sonra altı aydan çox yaşamadı. O öldüyündə əri Əli, Əbu Bəkirə bildirmədən gecə ona namaz qıldı və gecə onu dəfn etdi.
Fatimə həyatda olduğu müddətcə Əlinin ətrafında xalqın irəli gələnlərindən bəzi kəslər vardı; amma Fatimə ölüncə ətrafında kimsəni görə bilmədi.
Buna görə Əbu Bəkirlə razılaşmaq və ona beyət etmək məcburiyyətində qaldı. Halbuki Fatimə həyatda olduğu aylarda beyət etmirdi."
Səhih-i Buxari, c. 5, s. 177; Səhih-i Müslim, c. 3, s. 1380, h. 1759.
Category: İmam Fatimə (ə) | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]