Cümə axşamı, 2024-12-26, 7:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Fatimə (ə)

Hәyat yoldaşından İmam Əliyə (ə) şikayәt
2013-03-31, 5:59 AM
Hәyat yoldaşından İmam Əliyə (ə) şikayәt

Hәzrәt Әli (ә) öz xilafәti dövründә şikayәtlәrә şәxsәn özü baxar vә bu işi başqalarına tapşırmazdı. Çox isti vә qızmar günlәrdә, camaatın çoxu günün yarısını evlәrindә keçirdiyi vaxt Hәzrәt Әli (ә) Darul-imarәnin divarının kölgәsindә, çöldә oturardı ki,әgәr kiminsә şikayәti olarsa, heç bir vasitә vә maneә olmadan öz şikayәtini edә edә bilsin. Bәzi vaxtlar küçә vә xiyabanlara yola düşüb gәzәr, camaatın vәziyyәtini öyrәnәr vә hәr şeyi yaxından yoxlayardı.

İsti günlәrin birindә yorğun vә tәrli halda hökumәt evinә qayıdırdı. Gördü ki, qapının qarşısında bir qadın dayanıb. Qadının gözü Hәzrәt Әliyә (ә) sataşan kimi, irәli keçib dedi şikayәtim var:

- Әrim mәnә zülm edib, mәni evdәn çıxarıb. Bundan әlavә, mәni döymәklә tәhdid edib vә әgәr evә qayıtsam, mәni döyәcәk. İndi sәnin yanına haqqımı istәmәk üçün gәlmişәm.

- Allah bәndәsi! İndi hava çox istidir, bir az sәbir et, axşamçağı bir az hava yaxşılaşsın, özüm Allahın istәyilә sәninlә gәlib işini yoluna qoyaram.

- Әgәr evdәn çöldә çox qalsam, qorxuram qәzәbi artar vә mәnә daha çox әziyyәt verәr.

Hәzrәt (ә) bir an başını aşağı saldı sonra bu sözlәri zümzümә edәrәk başını qaldırdı:

- Yox, Allaha and olsun mәzlumun dadına çatmaqda tәlәsmәk lazımdır. Mütlәq mәzlumun haqqı zalımdan alınmalıdır vә zalımın qorxusu mәzlumun qәlbindәn çıxarılmalıdır ki, bütün güc-qüvvәti ilә, qorxusuz halda zalımın qarşısında durub öz haqqını tәlәb edә bilsin.

- De görüm eviniz haradadır?

- Filan yerdә.

- Gedәk.

İmam Әli (ә) o qadınla birlikdә onun qapısına qәdәr getdi. Qapı arxasında dayanıb uca sәslә dedi:

- Ev әhli! Salam aleykum.

Evdәn bir cavan çölә çıxdı. O, qadının әri idi. Cavan İmam Әlini (ә) tanımadı, gördü ki, tәqribәn altmış yaşlı bir kişi onun arvadı ilә birgә gәlib. Başa düşdü ki, hәyat yoldaşı bu kişini onu himayә etmәk üçün gәtirib. Amma bir söz demәdi. Hәzrәt Әli (ә) buyurdu:

- Sәnin hәyat yoldaşın olan bu qadın sәndәn şikayәtçidir. Deyir ona zülm edib evdәn qovmusan. Bundan başqa onu döymәklә hәdәlәmisәn. Mәn gәlmişәm sәnә deyәm ki, Allahdan qorx, öz xanımınla mehriban vә yaxşı davran.

- Arvadımla pis vә ya yaxşı rәftar etmәyimin sәnә nә aidiyyatı var?! Bәli, mәn onu döymәklә hәdәlәmişәm. Amma indi ki, gedib sәni gәtirib vә sәn onun tәrәfindәn danışırsan, onu diri-diri yandıracağam.

Hәzrәt Әli (ә) bu cavanın әdәbsizliyinә heyrәtlәndi. Әlini qılıncına atdı, qınından çıxarıb dedi:

- Mәn sәnә nәsihәt edirәm, sәni yaxşılıqlara dәvәt edir, pisliklәrdәn çәkindirirәm. Sәn mәnim cavabımı bu cür verirsәn?! Aşkara deyirsәn ki, mәn bu qadını yandıracağam?! Elә xәyal edirsәn ki, dünya bu qәdәr hesab-kitabsızdır?!

Hәzrәt Әlinin (ә) sәsi ucaldıqca yoldan ötәnlәr onların başına toplaşdılar. Gәlәn hәr kәs Әmirәl-möminin Әlinin (ә) qarşısında tәzim edir vә deyirdi: "Salam olsun sәnә, ya Әmirәl-möminin".

Mәğrur cavan hәlә indi kiminlә üz-üzә durduğunu anladı. Özünü itirdi vә yalvarmağa başladı: "Ya Әmirәl-möminin! Mәni bağışla, mәn günahımı etiraf edirәm. Bu saatdan söz verirәm ki, qadınıma tabe olum, o, nә әmr etsә itaәt edәrәm".

Hәzrәt Әli (ә) üzünü o qadına tutub buyurdu: "İndi evinә get, amma ehtiyatlı ol, elә bir iş görmә ki, onu bu cür rәftara mәcbur edәsәn! "



(Şәhid Mürtәza Mütәhhәri, Doğruların Dastanı)
Category: İmam Fatimə (ə) | Added by: Ənfal
Views: 970 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Ya_Zeynəb   (2013-07-22 0:48 AM) [Daxil et]
Əssalamu Aleykum. Mən istərdim ki,bu saytda Fatimeyi-Zəhranin (salamullahu aleyha) Əxlaqı haqqında,Atası evində və Həzrəti Əli (əleyhissəlam)in evindəki rəftarı və əxlaqı haqqında movzu yazasınız...Yerləşdirdiyiniz movzular üçün təşəkkür edirəm...

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]