Main » Files » Əhli-Bəyt » İmam Fatimə (ə) |
Fatimeyi Zəhranın şəhadəti
2013-03-31, 6:04 AM | |
Bu günlər həzrət Fatimeye Zəhranın şəhadət günləridir. Həzrət Fatimə atasının rehlətindən sonra çox az yaşadı, bəzi rəvayətlərdə Peyğəmbərimizdən 45 gün sonra, bəzi rəvayətlərdə 75, bəzilərində isə 95 gün sonra Axirət dünyasına köç etdiyi göstərilir. Yaşadığı bu müddət ərzində dövrün İmamı Əli həzrətlərinin (Ona salam olsun!) qanuni haqqını – İmam kimi xalqın başına keçməsini müdafiə etməyə çalışdı. Bunun üçün əlindən gələni əsirgəmədi. Nəhayət, Həzrət Fatimə (Allahın salamı olsun Ona!) artıq hər bir şeyi əldən verdiyini və Əli (Ona salam olsun!) üçün bir iş görə bilmədiyini dərk etmişdi. O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi. Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs- sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı, daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun, hətta boynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı. Yeddi yaşında olan Həsən (Ona salam olsun!) ilə; Altı yaşında olan Hüseyn (Ona salam olsun!) ilə; Beş yaşındakı Zeynəb (Ona salam olsun!) ilə; Üç yaşında olan Ümmü Gülsüm ilə; Axırda isə Əli (Ona salam olsun!) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (Allahın salamı olsun Ona!) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin evində yanan bir şam artıq sönmüşdü. Əli (Ona salam olsun!) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi. Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi. O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə. Siyasətçilər oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (Allahın salamı olsun Ona!) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm. Artıq Əli (Ona salam olsun!) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları... Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin (Allahın salamı olsun Ona və pak əhli beytinə!) qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək. Bu dünyadan dərin qəmlərə qərq olmuş yaralı ürəklə köçən Həzrət Zəhranı sevənlərə təsliyyət ərz edirik! | |
Views: 1316 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2 |
Total comments: 1 | ||||||
|