Bazar günü, 2024-12-22, 12:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 10 » Zülm və onun nəticəsi
10:03 PM
Zülm və onun nəticəsi
 Zülm və onun nəticəsi
 
    Həzrət Əli (ə) buyurur: "Hər kəs Allahın bəndələrinə sitəm qılsa, Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə, Allah onun məntiqini alar, belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.” ZALIMLA KİM HESAB ÇƏKƏCƏK? Həzrətin "mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur. Allahın rəsulu buyurur: "Allahın bəndələri onun ailəsindəndir.”[7] Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir. Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?! ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.[8] O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq və dəlilə yox, quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür. ZALIMIN TÖVBƏSİ İslam zülmü qəti şəkildə məhkum edib, onu çirkin və günah əməllərdən saysa da, Allah özü dərhal zülmə cavab versə də, zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır, hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur. Bu səbəbdən həzrət buyurur ki, zalım şəxs Allaha qarşı qalxmış, özü eynən savaş ocağı olmuşsa da, onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir, Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi, Allah onun günahlarını bağışlayır, onunla düşmənçilikdən daşınır. Əlbəttə ki, tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki, bundan sonra həmin işi görməyəcək, bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı, Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir. MƏZLUM NALƏSİNİN TƏ’SİRİ İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir. Həzrət Əlinin (ə) nəzərincə, Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən, digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid), həm də dünyəvi ola bilər. Demək, bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib, onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur: وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ "Allahın ne’mətlərini zillətə çevirməkdə, Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.” "Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi" kitabından
Category: Diger me'lumatlar | Baxış: 835 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]