Bazar günü, 2024-12-22, 10:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 9 » Əzilən müsəlman ümmətinin dərdi
8:27 AM
Əzilən müsəlman ümmətinin dərdi
Müsəlmanlar nə üçün əzilirlər?
Müsəlman ümməti nə üçün bu qədər geridə qalıb? Nə üçün 1,5 milyard müsəlman  25 milyon yəhudi və on milyona yaxın erməni ilə bacara bilmir? Nə üçün müsəlman ümməti öz haqqını, azadlıq və kimliyini qoruyub tələb edə bilmir?  Buna bənzər başqa suallarda var. Amma hələlik bunlara cavab tapsaq yetər:

UNUTQAN ÜMMƏT
...müsəlman ümməti Quranı unudub, onunla yaşamağı özünə ar bildiyi gündən bu günə düşdü.
"Müsəlmanam" -  deyilir, amma müsəlman kimi yaşamır.

...müsəlmanlar bir-birinə arxa olmaq əvəzinə, kafirlərə üz tutub onları özlərinə dost tuturlar ki, bu da Quran təlimlərinə təmamilə ziddir.
"Ey iman gətirənlər, bir-birinizi qoyub kafirləri özünüzə dost tutmayın" ("Nisa", 144)

...müsəlmançılıq iddiasında olan müsəlmanların qara günləri Allahın haramını özlərinə halal bildiyi gündən başladı.
Süfrələrə növbənöv şərablar, məclislərinə yarıçılpaq qadınlar və ağla gələn-gəlməyən haram əyləncələr yol tapdı.

...həl il keçirilməli olan İslam komfransı dörd ildənbir keçirilir. Qəbul olunan qərarlar isə iclas zalından bayıra çıxmır. Halbuki bir vaxtlar İslam dünyasının şərqində verilən fətva dərhal qərbində icra olunardı.

...ixtilaflı mövzulara son qoymaq əvəzinə, bu mövzuda cild-cild kitablar yazıldı, saxta hədislər, yalan tarixi hadisələr uyduruldu. Bir halda ki, Quran müsəlmanlaraçəkişməməyi, Allahın ipindən möhkəm yapışmağı əmr etmişdir. "Allah və Onun Peyğəmbərinə itaət edin.Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər  və gücdən düşərsiz. Səbr edin, çünki Allah səbr edənlərlədir!" ("Ənfal", 46)

...müsəlman ümməti birlik şüurunu itirdi. Ümmət birliyi aradan getmiş, onun yerini qruplaşmalar, partiya, təriqətlər, məzhəb təəssübküşliyi, fanatizm, milliyyətçilik tutmuşdur. Nə qədər ki, birlik əldə olunmayıb zillət, əsarət və tabeçilik davam edəcək.

...müsəlman ümməti tabe olacaq və sözünü eşidə biləcək vahid rəhbərə sahib deyil. Bir halda ki, bütün xristian aləminə "papa" rəhbərlik edir. Bu gün onun düşdüyü vəziyyət pilotsuz təyyarəyə və ya müdirsiz idarəyə bənzəyir.

...əsl İslamiyyət mədəniyyətdir. Lakin bu günkü İslam mədəniyyətindən çox bədəvi mədəniyyəti və zehniyyətinə sahibdir.

HİCABSIZLIQ QADIN AZADLIĞI KİMİ TƏLQİN OLUNUR

...İslam dövlətlərində yüksək dövlət vəzifələri layiq olan təqva sahiblərinə deyil, dünyapərəst rüşvətxorlara və bu məqama layiq olmayan fürsəttələblərə həvalə olunub.

...müsəlmanlar hamılıqla İslamı geridə qoyub xəyala dalmışlar. Amma bu xəyalla nə qədər "irəli" gedəcəkləri məlum deyil.

Bütün İslam dünyası neftin əsrinə çevrilmiş və ondan öz mənafeyinə istifadə etmək hüququndan məhrum olmuşdur. Neft onun dərdinə dərman yox, başına bəla oldu. Neftdən gələn milyardlarla gəlir, ehtiyacların ödənilməsinə deyil, lazımsız silahlanmaya, göydələnlərin inşasına, əxlaqsızlıq yuvası olan istirahət mərkəzlərinin tikilməsinə və heç vaxt istifadə olunmayan zina əşyalarının və dekorasiyaların alınmasına sərf olunur.

...İslam dünyası mənəviyyatsızlıq bataqlığına qərq olub. İndi isə ümidi ona uzadılan salam çöpünədir.

...müsəlman geri baxıb gələcəyi qurmaq əvəzinə, gələcəyə baxıb keçmişi unutdu.
19 və 20-ci miladi yüzilliklərində meydana gələn bütün istirahət, nəzriyyə, hərəkət və ideolagiyalar hamılıqla İslam və Sünnə ilə zidd olunmuşdur. Son illərdə Pakistan ərazisində formalaşan "Taliban" vəhabiləri hərəkatın ideolagiya və mərami İslam dünyaları ilə zidd və bidətdir.

...keçmiş zamanlardan fərqli olaraq, müsəlmanlar arasında yüksək iman, əxlaq və savada sahib olan şəxsiyyətlər yetərincə deyil.

...müsəlman cəmiyyətində müasir tələblərə cavab verə biləcək kadrlar yetişdirən elmi müəssisələr demək olar ki, yoxdur.

Sadalanan çətinliklərin həlli üçün tək bir yol var. O da Quran təlimlərinə, Peyğəmbər (s.ə.s) və Məsum İmamların sünnətinə tabe olmaqdır. İslam və islamçılıq bir deyil. İslam - İlahi haqq dini, İslamçılıq isə bəşəri ideologiyadır. İslam qarşısında duran və böyük əngəl ilə müsəlmanların özləridir.




Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. ("Ali-İMran" surəsi, ayə 103)




Category: Diger me'lumatlar | Baxış: 830 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]