Bazar günü, 2024-12-22, 6:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 2 » Zikr halında özünü unutsan…
9:51 AM
Zikr halında özünü unutsan…
Zikr halında özünü unutsan…


Peyğəmbəri-Əkrəm (s) Əmirəlmömininə (ə) buyurdu: "Üç şey mənim ümmətimin imkanı xəricindədir (yəni çox çətindir): 
1.Var-dövləti mömin qardaşlarla paylaşmaq;
2.Özün üçün istədiyini camaat üçün də istəyib, özün üçün bəyənmədiyini onlar üçün də bəyənməmək;
3.Hər vaxt və bütün hallarda Allahı zikr etmək. Zikr dedikdə məqsəd təkcə "sübhanəllah”, "vəlhəmdu lillah”, "la ilahə illəllah”, "əllahu əkbər” kəlmələri deyil. Əksinə, həqiqi zikr bundan ibarətdir ki, haram bir iş qarşıya gəldikdə Allahı yad edərək Ondan qorxub həmin işi tərk edəsən.”
Əmirəlmöminin (ə) buyurur: "Subhan Allaha səhv və qəflət üzündən zikr demə və Onu unutma. Allaha kamil zikr de. Belə ki, qəlbinlə dilin bir-birilə uyğun olsun, batinin zahirinlə uyğun gəlsin. Allahı yalnız o halda həqiqi zikr edərsən ki, zikr halında özünü unudasan və işi yerinə yetirərkən özünü görməyəsən.” 
İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs Allahı doğrudan yad etsə, Ona müti olacaqdır. Hər kəs Allahdan qafil olsa günaha batacaqdır. Allaha itaət etmək hidayət, günaha düşmək azğınlıq əlamətidir. Zikr itaətin, qəflət isə günahın mənşəyidir…”
Category: Diger me'lumatlar | Baxış: 824 | Added by: Ənfal | Rating: 5.0/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]