Bazar günü, 2024-12-22, 10:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 14 » Əzadarlıq
2:59 PM
Əzadarlıq
İmam Hüseyn (ə) üçün ilk əzadarlıq hicrətin 61-ci ili, Məhərrəm ayının 11-ci günü Kərbəla faciəsində iştirak edən Əhli-Bəyt nümayəndələri tərəfindən təşkil olunur. Kərbəla əsrləri Kufə şəhərində daxil olduqdan sonra İmam Zeynül Abdin (ə), Hz. Zeynəb (ə) və Ümmü Gülsüm camaatın qarşısında çıxış edirlər. Onların alovlu çıxışlarından sonra küfəlilərin evlərindən fəryad səsləri eşidilir. Ucalan ah-nalələr Kərbəla şahidlərinin faciəsini və əməvilərin cinayətini ifşa etdi. Əsir karvanı Şama daxil olduqdan və İmam Səccad (ə) özünün tarixi xütbəsini oxuduqdan sonra Yəzid Əhli-Bəyt nümayəndələrinin üç gün müddətində əzadarlıq mərasimi keçirmələrinə icazə verir. Əzadarlıqdan sonra Şam şəhərində  boyük ideoloji inqilab baş verir; yerli əhali əmavi hakimiyyətinə müxalif mövqe tutur. Bundan sonra əsrlər Mədinəyə aparılır. Onlar ideoloji inqilablarını burada davam etdirirlər. Lakin Şamdan fərqli olaraq buradakı əzadarlıq kütləvi hal alır.  Bundan sonra Mədinənin tanınmış şəxsiyyətləri də  əzadarlığa qoşulurlar.
Hz. Zeynəbin (ə) Mədinədə keçirdiyi əzadarlıqlar şəhəri təlatümə gətirir.
 Vəziyyəti belə görən Ömər ibn Səd bu barədə Yəzidə məlumat verir:" Zeynəbin Mədinədə alovlu çıxışları camaatı bizə qarşı səfərbər edəcək. O, doğurdanda mahir söz ustadı və böyük alimdir. Onun çıxışları davam edərsə, Hüseynin (ə)  intiqamını almaq üçün camaatı bizim üzərimizə qaldıracaq".
Məktubu oxuyan Yəzid yeganə çıxış yolunu Hz. Zeynəbi (ə) Misirə və Şama sürgün etməkdə görür. Lakin hicrətin lll-lV  əsrdən etibarən əzadarlıq tam başqa görünüş alır. İraqda Alibuyə, Suriyada Fatimilər hakimiyyətə gəldikdən sonra vəziyyət təmamilə dəyişir. Qeyd olunan məntəqələrdə şiə məzhəbli müsəlmanlar hakimiyyətə gəldikdən sonra əzadarlıq mərasimlərə daha geniş vüsət alır və matəm günləri rəsmi tətil günləri elan olunur. Beləliklə, əzadarlıq  mərasimləri şiə məzhəbli müsəlmanlar arasında  dini  adət halını alır. Həmin dövrlərdə Kərbəla faciəsini, Əhli-Bəytin müsibətini və əməvilərin cinayətlərini əks etdirən çoxsaylı mərsiyələr və qəsidələr yazılır.

Hüseynə yerlər ağlar, göylər ağlar, 
Bətuli-Mürtəza Peyğəmbər ağlar.
Hüseynin nohəsin Dirmiş yazanda,
Müsəlman səhlidir, kafər ağlar.

Kor olmuş gözlərin qan tutdu Şümrün
Ki. görsün, öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qehya qiyamət, məşhər ağlar.


Category: Diger me'lumatlar | Baxış: 1003 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]