Bazar günü, 2024-12-22, 2:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 18 » Əzab nə üçündür?
8:36 PM
Əzab nə üçündür?
Sual:
Allahın qüdrət və ehtiyacsızlığını nəzərə alıb demək olar ki, dünyanı elə bir şəkildə yaradardı ki, heç bir şəxs əzaba düçar olmazdı, (yəni O, Öz yaratdıqlarını cəzlandırmazdı) Eyni zamanda nemətlərindən bəndələrə əta edər, məxluqat da razı və Onun rəhmətinə yaxın olardı.  Bu suala ürəyəyatan cavabınız varmı?!
Cavab: 
1-    Təsəvvür oluna bilən aləmlər və məxluqlar beş surətdədir:
a.    Mütləq xeyir.
b.    Xeyir çox və şəri az.
c.    Şəri çox və xeyri az.
d.    Xeyir və şəri bərabət.
e.    Mütləq şər.
Birinci dəstənin (əməlləri) şübhəsiz ki, Allaha aiddir. Məsələn: Mələklər və onun kimilər.
Üçüncü və dördüncü qrupun əməlləri,  şübhəsiz ki, Allah nahiyyəsindən sadir olmayıb və  Onun hikməti ilə uyğun deyil. Amma xeyir çox, şəri az olanlar ətraflı izah olunasıdır və belə sual edə bilərlər ki, O,beləsini yaratmalı idi yoxsa yox. Onda belə çıxır ki, Allah, az şərə görə çox xeyri yaratmamalı idi. Yaxud da əksinə, çox xeyri nəzərə alıb az şərə göz yummalı idi. Az şərə görə çox xeyirə etinasız olmağın özü şər deyil? Əlbəttə ki, şərdir. Demək ki, beləsi yaradılmalı idi. Belə bir məxluğun yaradılışı mümkün olduğu təqdirdə Allah  onu yaradarsa, onun "nə üçün yaradıldı" deyə sual etmək olmaz.  Bizim yaşadığımız bəşər aləmi məhz onun nümunəsidir. Əgər soruşulsa ki, "Allah aləmi elə bir şəkildə yarada bilməzdi ki, mütləq xeyir olaydı və onda təbii şər olmayaydı?”  Bəli, cavab müsbətdir və o, mələklər aləmidir. 
İkinci sual:
Allah bizi bu maddi və təbiət aləmində deyil, o aləmdə qərar verə bilməzdimi?
Cavab: Eybi yoxdur. Amma biz o surətdə adam deyil, mələk olar, insan olmaq imkanımız, seçimimiz olması, mələklərdən üstünlük zəmini və. mələklərin səcdə etdiyi olmazdıq. O zaman (özümüz kimi) bir mövcuda səcdə etməli olacaqdıq. İnsan olmaq üçün bütün vasitələr bu aləmdir. Bu bir imtiyazdır və imtiyazın rəd etmək deyil. O üzdən Allaha etiraz etmək yersizdir. Onda gərək heyvanlar da etiraz etsinlər ki, "nə üçün insan olmalyıblar?", "nə üçün yük daşıyırlar?" və s. 
2. Yaranmışların əzabı haqqında onu demək lazımdır ki,  əgər ehtiyacsız Allah bəndəlrini cəzalandırsaydı, sizin sualınız yersiz olmaz. Əgər O,cəhənnəmi alovlandırıb, yəni mehriban Allah qəzəbli cəhənnəməti yaradıbsa narahatlığa və etiraza səbəb olardı. Amma hədis və ilahi ayələrdən belə nəticə əldə olunur ki, axirət əzabı, bizim dünyadakı əməl, əxlaq və əqidələrimizdir və cəhənnəm onların zühuru  və təcəllasıdır. Onu belə izah etmək olar ki, günah və onun cəzası bu şəkildə ola bilər.
1. Müqavilə və qanun şəklində. Məsələn, bir yol hərəkəti qaydasını pozmağın "n” qədər cəriməsi var.
2. Təkvini.  Məsələn, bir şəxs iynəni gözünə batırsa kor olacaq.
3. Eyniyyət rabitəsi. Cəza günahın eyni olsun, yəni, əməlin təcəssümü sayılır.
Əgər bir şəxs soruşsa ki, Alllah dünyanı elə bir şəkildə yaradıb ki, insanının cinayətlrinin elə bir cəzasıvar, cavabında deyirik ki, əgər bir şəxs iynəni gözünə salsa kor olacaq. Buna da etiraz edək ki, nə üçün Allah dəmiri elə yaradıb k, ondan iynə düzəltsinlər?! Nə üçün əli güclü, gözü yumşaq yaradıb ki,  iynə ona batıb korluğa səbəb olsun?! İnsan bundan xəbərsizdir ki, yaranmışlarda heç bir nöqsan yoxdur. Bütün bunlar sizin və bizim ixtiyarlı hərəkətlərimizdəndir və onlardan problem yaranır.  Deməli, yuxarıdakı sualı bu şəkilə salmaq olar: "Nə üçün insan, sahib olduğu qüdrət, ağıl və biliklə Haqqın rəhmətini, cənnəti kəsb etmək yerinə özünü  o hala salır?!”
Ətrafı məlumat üçün " Şəhid Mütəhhərinin " Ədle-ilhahi”  və Məhəmməd Hüseyn Qədrdanın"Cəhənnəm nə üçün” kitabına müraciət etmək olar.

sibtayn.com

Category: Diger me'lumatlar | Baxış: 765 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]