Bazar günü, 2024-12-22, 10:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 13 » Zəkat almağa haqqı çatanlar
4:53 AM
Zəkat almağa haqqı çatanlar

1. Valideyn

Quranda buyurulur: "Malınızdan verəcəyiniz şeydə hər kəsdən öncə valideynizi və (yoxsul) qohumlarınızı nəzərdə saxlayın."(1)

Hətta əgər vəsiyyət də etsəniz belə, hər kəsdən qabaq valideynizin və öz qohumlarınızın xeyirinə vəsiyyət edin.(2)

Islamın şüarı budur ki, "Əgər qohumlarınızdan ehtiyac içində olanı varsa, sizin başqalarına köməyinizin faydası yoxdur."(3)

 

2. Əhli-beyt (ə) məktəbinin tərəfdarı

Imam Sadiqdən (ə) soruşdular: "Zəkat kimin haqqıdır?" Həzrət (ə) buyurdu: "Bizim tərəfdarlarımızın." Soruşdular: "Əgər çox olsa necə?" Həzrət (ə) buyurdu: "Həmin adamlara artıq verin." Bu sualı bir neçə dəfə təkrarladılar və Imam (ə) yenə də buyurdu: "Əhli-beyt (ə) məktəbinin tərəfdarlarına artıq verin." Sualı təkrar soruşdular. Imam Sadiq (ə) "Yox, and olsun Allaha!" kəlməsi ilə təkrar edib buyurdu: "Bizim tərəfdarlarımızdan qeyrisinə verməyin, əgər həssas şərait yarandıqda ciddi ehtiyacı olan olsa, bu halda az bir miqdar verməklə kifayətlənin." Sonra Imam (ə) az miqdarı bəyan etmək üçün öz baş barmağını dörd barmağının üzərinə qoydu.

Əlbəttə, az miqdarla kifayətlənmək o yerdədir ki, müxaliflər Əhli-beytin (ə) müqabilində inadkardırlar. Ancaq onların müxalifətçiliyi inadkarlıq əsasında olmasa, ya onları Əhli-beyt (ə) məktəbinə sövq və cəzb etmək ehimalı olsa, bəlkə də zəkatdan onlar üçün "muəllifəti-qulubuhum" ünvanı kimi çox miqdarda vermək olar.

Eləcə də zəkatın əsil xərclənəcəyi yer, Əhli-beyt (ə) məktəbinin tərəfdarlarıdır və onlardan qeyrisi barəsində isə gərək fəqihlərin nəzəriyyəsi və prinsipləri çərçivəsində əməl olunsun.

 

3. Iman, ağıl və təqva

Rəvayətdə deyilir: "Möminlərə on minə (dirhəm və dinar) qədər bağışlanılsın. Lakin ləyaqəti olmayan və fisq-fücur əhlinə isə ən az miqdarda verilsin. Çünki mömin şəxs ona verilən pulu Allaha itaət yolunda və fisq-fücur əhli isə Allaha məsiyət yolunda xərcləyir."(4)

Islam Peyğəmbəri (s) buyurur: "Sənin yeməyini təqvalı adamlardan başqa heç kəs yeməsin."(5)

Bəli, təqvalı adamlara kömək etmək, xeyir və bərəkətin yayılması üçün atılmış bir addımdır. Ləyaqəti olmayan adama isə kömək etmək fəsadın yaylıması üçün atılan addımdır. Insan öz zəkatını verməklə acları doyuzdurmaqdan əlavə gərək haqq və islah yolu məktəbinə vüsət versin. Elm əhlinə kömək etmək mədəniyyətin vüsət tapması deməkdir.

Imam Baqirdən (ə) soruşdular: "Öz malımdan başqalarına necə verim?" Həzrət (ə) buyurdu: "Dini düşüncə, ağıl və hicrətdə öndə olmaq əsasında."(6)

4-Ehtiyaclarını bildirməkdən xəcalət çəkən həyalı adamlar

Quran buyurur: "(Sizin (infaq etdiyiniz) köməkləriniz gərək) Allah yolunda imkanı olmayan (onlar Allahın dininə xatir öz vətənlərindən didərgin düşmüş, cihad meydanında iştirak etmək və buna oxşar hadisələr onlara öz dolanışıqlarını təmin etmək üçün icazə vermir ki, al-verə, ticarətə əl atsınlar), yer üzündə hərəkət edə bilməyən ehtiyaclı kəslər üçündür. Belə şəxslər səbirli və həyalı olduqlarına görə nadanlar onları dövlətli hesab edirlər. Amma sən onları üzlərindən tanıyırsan. (Onlar öz üzlərini sillə vurmaqla qırmızı saxlayırlar.) Onlar heç kəsdən israrla bir şey istəməzlər.”(7)

Buna əsasən təqlid mərcəələrinin risaləsində deyilir:

"Zəkatı paylayanda ehtiyac üzündən bir şey diləməyən kəsləri, ehtiyacını tələb edən kəslərdən öndə qərar vermək müstəhəbdir.”

Imam Sadiq (ə) buyurur: "Cəmiyyətdəki görkəmli, əziz və yaxşı xasiyyətli yoxsullara inək, qoyun və dəvəni (zəkat niyyəti ilə) hədiyyə edin. Amma adi yoxsullara dirhəm-dinarı zəkat kimi verin.”

O Həzrətdən (s) soruşdular: "Bu fərqə dəlil nədir?”

Həzrət (ə) buyurdu: Cəmiyyətdə elə yoxsullar vardır ki, onların gözəl yaşayışları olubdur və onlar zəkat almağa utanırlar. Beləliklə zəkatı paylayanda gərək onlarla daha yaxşı şəkildə rəftar olunsun. "Camaatın nəzərində görsənən ən gözəl şəkildə onlara verilsin."(8)

Mühüm və diqqəti cəlb edən nöqtə budur ki, Imam (ə) buyursa da şəxsiyyətli adamlar üçün inək və dəvə göndərin, lakin hədisin sonunda işin ən yaxşılığını camaata tapşırdı. "Camaatın nəzərində görsənən ən gözəl şəkildə.” Çünki mümkündür ki, bəzi şəraitdə və məntəqədə inək və qoyun hədiyyə etmək pis, qızıl və gümüş hədiyyə etmək isə daha yaxşıdır.

Beləliklə zəkatı paylamaqdakı meyar və ölçü budur ki, biz zəkat alan şəxsin şəraitini, cəmiyyətə və camaatın ümumi fikirinə hakim olan şərait ilə birlikdə nəzərə almalıyıq və hansı daha gözəl olsa onu hədiyyə edək.(9)

5-Daha çox ehtiyaclı olan şəxslər

Həzrət Rəsulullah (s) öz verdiklərini adamların ehtiyacı həddində nəzərdə tutardı.(10)

6-Dünənin varlıları

Keçmişdə zəkat verən, bəxşiş və ehsan əhli olanlar, bu gün zəkat almağa möhtacdırlar. Yaxşı olar ki, onları zəkat almaqda birinci nəzərə alsınlar.(11)

7- Hər məntəqənin zəkatını öz əhlinə

Rəvayətdə oxuyuruq ki, Həzrət Rəsulullah (s) səhra sakinlərinin zəkatını səhrada yaşayanların və şəhər sakinlərinin zəkatını da şəhərdə yaşayanların arasında bölərdi.(12)

Imam Sadiq (ə) buyurub: "Nə mühacirlərin sədəqəsi ərəblərə halaldır və nə də ərəblərin sədəqəsi mühacirlərə.”(13)

Əlbəttə bu o zamandır ki, əgər həmin məntəqədə yoxsul olarsa. Amma əgər bir məntəqədə yoxsul olmasa, zəkatın başqasına verilməsinin eybi yoxdur.(14)
Möhsün Qiraəti

(1) Bəqərə surəsi, ayə 215.

(2) Bəqərə surəsi, ayə 180.

(3) Biharul-ənvar, 77-ci cild, səh.59.

(4) Camiul-əhadis, 9-cu cild, səh.266.

(5) Muhəccətul-bəyza, 2-ci cild, səh.90.

(6) Vafi, 10-cu cild, səh.203.

(7) Bəqərə surəsi, ayə 273.

(8) Vafi, 10-cu cild, səh.205.

(9) Təbliğ üçün bir kəndə getməyimi unutmuram. Oranın camaatı öz heyvanlarının südünü Aşura günü kəndin küçələrinin ortasındakı böyük qazanlara tökürdülər və Aşura gününün südünü məntəqənin ruhanisi və imam camaatına hədiyyə edərdilər. Sonra həmin çoxlu südləri qatıq və pendir edib, Aşura günündən sonra pulun yerinə ona verərdilər. Mən o zaman təzə evlənmişdim və pula ehtiyacım vardı, pendir qablarını kənddən şəhərə gətirdim və şəhərin yolunun kənarında pulsuz olduğuma görə satmağa başladım. Bu acı xatirəni otuz ildən sonra hələ unutmamışam. Əgər həmin məntəqənin camaatı Imam Hüseynin (ə) aşiqi olub, ixlaslı idilərsə və bu əməli xidmət məqsədi ilə yerinə yetirirdilərsə, yuxarıdakı hədisə də diqqət yetirərdilər və o xalis niyyət rəftarla (əməllə) birlikdə olardı. Camaatın yardımını qəbul edən şəxs də əziyyətə düşməz və təzə evlənmiş ruhani də yolun qırağında pendir satmağa məcbur olmazdı.

(10) Muhəccətul-bəyza, 2-ci cild, səh.91.

(11) Muhəccətul-bəyza, 2-ci cild, səh.91.

(12) Bihar, 100-cü cild, səh.20.

(13) Vafi, 10-cu cild, səh.202.

(14) Camiul-əhadis, 9-cu cild, səh.385.


islammektebi.org


Category: Diger me'lumatlar | Baxış: 873 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]