Bazar günü, 2024-12-22, 11:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 5 » Yuxugörmə haqqinda
10:16 AM
Yuxugörmə haqqinda
Yuxugörmə haqqinda


Yuxu görmək hər birimizə tanış bir haldır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz. Elə bil yuxular insanlarla birgə yaranıb. Elə bu baxımdan da yuxular və onların həqiqi mahiyyəti, yaranması həmişə problem olaraq qalıb. Bütün bunlara baxmayaraq, yuxular gündəlik həyatımızın müəyyən bir hissəsinə çevrilib. İndi hamı yuxular haqqında danışır, elm də fasilə vermədən bu problemi araşdırmaqla məşğul olur.

YUXUGÖRMƏNİN  TARİXİ

Yuxugörmənin qədim tarixə malik olmasını görmək çətin deyil. Şifahi xalq ədəbiyyatında, nağıllarda yuxularla bağlı səhnələrə, mülahizələrə tez-tez rast gəlinir. Əsrlər boyu formalaşmış yuxuyozma qaydaları indi hər birimizin ailəsinə ayaq açıb. Çox vaxtlar səhər yataqdan qalxan kimi tez yuxumuzu evdəki böyüklərə danışır və yozulmasını istəyirik. Bu tələbatlar nəzərə alınaraq müasir dövrdə çoxlu yuxuyozmalar kitabı satışa buraxılıb.

Yuxugörmə tarixi-dini ədəbiyyatda və dini biliklərdə də özünə yer tapıb. Dində yuxugörmə tam ruhi və ilahi mahiyyət daşıyır. Tarixi-elmi təcrübə göstərir ki, yuxugörmə haqqında ən dəqiq və sanballı məlumatlar elə dindədir.

Dini mənbələrdə belə deyilir:

 "Çox olur ki, insanın ürəyindən bir şey keçir, amma ələ gətirə bilmir; elə də olur ki, arzulamadığı hadisələr başına gəlir. Əgər həyatda hər şey hər kəsin istədiyi kimi olsaydı, zalım hökmdarlar taxtlarından enib qara torpağa gömülərdilərmi?! Bütün bunları düşünmək və hər kiçik zərrədən tutmuş böyük planetlərə qədər hər bir şeyin Allah-Taalanın mizanına tabe olduğunu başa düşmək lazımdır. Demək ki, yuxular da Allah-Taalanın mizanına tabedir.

Yuxu insanın yatmış halında ikən gördüyü hadisə və vəziyyətə deyilir. Yuxuda ikən hadisələrin müxtəlifliyi, hətta insanın ağlına gətirmədiyi şeyləri belə yuxuda görməsi çox az nəticəsi olan araşdırmalardandır.

Ümumiyyətlə, yuxular əsasən üç yerə bölünür və bunu əksər araşdırmalar da təsdiq edir:

1. İlahi yuxulardır ki, Allah-Taala tərəfindən bir müjdə olaraq möminlərə, peyğəmbərlərə gəlir. Bu növ yuxuların kimlərə gəlməsi həm Allah sirri ilə, həm də insanın əməllərilə bağlıdır.

2. İnsanın yaşayışı ilə bağlı olan röyalar. Bu yuxularda insan gündəlik başına gələnləri və yaxud əlaqədə olduğu insanları və hadisələri belə görə bilir.

3. Şeytani yuxulardır ki, bu yuxular şeytan vasitəsilə insanın yuxusuna girir. Məsələn: Uca bir yerdən düşmək, itlərin və yaxud canavarların səni qovması və s. belə yuxulardandır. Belə yuxuları gördükdə gərək heç kimə danışmayasan, yalnız və yalnız Allaha sığınıb dua edəsən və yardım diləyəsən. Yaxud əgər şeytani yuxunu dözməyib kiməsə demək istəsən çalış ki, əməli saleh bəndələrə, möminlərə, doğru danışanlara danışasan.

Bu üç hissəyə ayrılmış yuxular özləri də birlikdə iki yerə ayrılırlar: Səhih (doğru) və batil olub insanı aldadan, şübhələrə salan yuxular. Doğru və batil yuxuların hər biri də bir neçə yerə ayrılır.

 Sadiq  yuxular beş yerə ayrılır və onlar aşağıdakılardan ibarətdirlər:   

1. Açıqca sadiq yuxu. Bu yuxu yalnız peyğəmbərlərə aid olub vəhy şəklində zahir olmuşdur.

2. Allah tərəfindən müjdə olan sadiq yuxu; Bu cür yuxu  insanın görmək istədiyi, yaxud başına gələcək hadisəni öncədən ona xəbər verir.

3. Olmuş bir hadisəni (xeyir və ya şər) sənə yu-xuda göstərib səni bu işdən xəbərdar edir. Məsələn: Məşhur alim Lomonosov atasının bir adada gəmi ilə həlak olduğunu yuxuda görmüşdü. Bir heyət yola düşərək həqiqətən də Lomonosovun yuxusunun gerçək olduğunun şahidi olmuşdu.

4. Məqsədi bəlli etməyən doğru yuxular. Bu yuxularda məqsəd aydın olmur, sadəcə hadisəyə işarə edi-lir. Belə yuxular çox vaxt yuxu sahibinin yox, əlaqədar adamların haqqında baş verir. Adətən, belə yuxularda insan hər hansı bir yeri, şəhəri, yaxud hadisəni görür və bu yuxuların yuxu sahibinə aidiyyatı ola da bilər və heç bir aidiyyatı olmaya da bilər.

5. Görülən yuxunun əksinin baş verəcəyini bildirən yuxular. Bu yuxularda şər gördüyün xeyir, xeyir gördüyün isə şər ola bilər.

iman.ge.

Category: Diger me'lumatlar | Baxış: 1384 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]