Bazar günü, 2024-12-22, 10:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 9 » Yeni Müsavat": "Yüzminlik imza" kampaniyasına beynəlxalq dəstək
8:38 PM
Yeni Müsavat": "Yüzminlik imza" kampaniyasına beynəlxalq dəstək


Türkiyədə və İranda fəaliyyət göstərən "Əhli Beyt” təşkliatları imzatoplama kampanisyasına dəstək bəyanatı veriblər.

Azərbaycan məktəblərində hicab qadağasının ləğv olunması üçün başladılan "yüzminlik imza” kampaniyası davam edir. Artıq 10 mindən çox imza toplanıb. Həmçinin ölkənin bir çox ruhaniləri, icma ağsaqqalları imza kampaniyasına dəstək veriblər. Bu günlərdə imza kampaniyası ilə bağlı qəzetimizə danışan aksiyanın təşkilatçısı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu cəmiyyətin bütün təbəqələrindən imza kampaniyasın aböyük diqqət olduğunu və dəstək gördüklərini bildirmişdi.

Artıq imza kampaniuasına ölkə xaricindən də dəstəklər gəlir. Bir neçə gün əvvəl Beynəlxalq Əhli-Beyt Assambleyasının baş katibi höccətülislam vəlmüslimin Əxtəri Azərbaycanda hicab qadağasının ləğv olunması məqsədilə başladılan 100 min imza aksiyasını dəstəkləyən bəyanat verib.

İran televiziyasına Əxtəri imza toplama kampaniyasını hicab qadağasının ləğvi yolunda müsəlmanların dinc aksiyası kimi qiymətləndirib: "Biz qardaşlarımızdan istəyirik ki, məntiqi yolla, müraciətlər yazmaqla və imza toplamaqla öz tələblərini bəyan etsinlər, dinc yolla öz tələblərində israrlı olsunlar və möhkəm dayansınlar. Bilsinlər ki, Allah Təala onlara kömək olacaq”.

"Müsəlmanlar arasında böyük oyanış dalğası yaranıb və gənclərin bəsirəti inkişaf edib. Qənaətimizə görə, Azərbaycanın oyaq gəncləri və müsəlmanları qəti şəkildə öz yollarını davam etdirəcəklər. Onlar öz islami hüquqlarını tələb edir və quruluşa qarşı deyillər" - deyə Əxtəri bildirib.

Ötən gün isə Türkiyədə fəaliyyət göstərən Əhli-beyt (ə) cəmiyyətləri Azərbaycanda keçirilən imza kampaniyasın adəstək nümayiş etdiriblər. Qonşu ölkədə fəaliyyət göstərən "Əhli-beyt (ə) alimləri" Cəmiyyəti, "Kövsər" alimlər cəmiyyəti, Anadolu Əhli-beyt (ə) Gənclik Cəmiyyəti, Bab-i-Əli Elm Vəqfi, "Qiblə" jurnalı, "Kövsər" Yayınçılıq qurumunun imzaladığı bəyanatda adları qeyd olunan qurumların Azərbaycanda davam edən "Yüzminlik imza kampaniyası"na dəstək verildiyi elan olunur.

Bəyanatda qeyd olunur ki, dünyada və xüsusən də müsəlman aləmində İslami oyanış hərəkatının baş verdiyi bir vaxtda xarici düşmənlər müxtəlif vasitələrlə bu prosesə əngəl olmağa çalışırlar. Eyni zamanda qeyd olunur ki, imperialist qüvvələrin apardığı bu siyasi xətt tarixi, mədəni və din baxımdan ortaq dəyərlərə sahib ölkələr arasında parçalanma yaratmaq, onları biri birindən ayırmağa hesablanıb. Bəyanat müəllifləri belə bir oyunun Azərbaycanda da oynanıldığını qeyd edirlər. 

Sitat: "Xalqın əksəriyyətinin müsəlman olduğu bu ölkədə hicab qadağasının tətbiq olunması xalqın İslami oyanışına əngəl məqsədilə ortaya atılıb. Ancaq bilinməlidir ki, başörtüsü ilk növbədə insan haqlarındadır və onun qadağan olunması beynəlxalq hüquqa əsasən cinayət hesab olunur. Xüsusi olaraq bu mövzu inanc azadlığı çərçivəsində qəbul olunmalı və xalqın bu haqqı əlindən alınmamalıdır. Zatən təcavüzkar və qadağalar üzərində qurulan qanunların ömrünün az olduğu yüzlərlə dəfə təcrübədən keçib.

Dost və qardaş Azərbaycan hökumətinin ən qısa bir vaxtda bu qəflətdən imtina edəcəyinə inanırıq. Eyni zamanda Azərbaycanda başladılan "prezidentə yüzminlik müraciət” kampaniyasına Türkiyəli Əhli Beyt qurumları olaraq tam dəstək verdiyimizi bütün Azərbaycanlı qardaşlarımıza elan edir və bu mövqeyimizi ictimaiyyətlə bölüşməyi bir vəzifə bilirik”.
Kənan,
"Yeni Müsavat"
deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 801 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]