Bazar günü, 2024-12-22, 7:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 4 » Yalan
12:13 PM
Yalan


Quran və hədislərdə yalanın haram olması barədə dəlillər kifayət qədərdir. Yalan həm də münafiqlərin sifətlərindəndir.
Peyğəmbər (s) buyurur: "Münafiqin 3 əlaməti var: yalan danışmaq, vədəxilaflıq, əmanətə xəyanət”. 
Yalan danışan insan bu əməlinə görə bir gün Allah qarşısında cavab verəcəyini bilməlidir. İnsanı doğru cənnətə apardığı kimi, yalan da cəhənnəmə aparır. Heç bir günah cəzasız qalmır. Yalan da istisna deyil. Qurani-Kərimdə "Yalan danışmaqdan çəkinin» -deyə əmr olunur. (Həcc surəsi, 30)
Amma dini mətnlərdə "məsləhət olan yalan” deyilən bir ifadə var. Xoş niyyətlə, cəmiyyətin faydası üçün, məsələn iki nəfəri barışdırmaq xatirinə yalan danışmaq olar.
Xəfif yalan da var. İnsan bu yalana yol verəndə özü də xəbərsiz olur. Məsələn, özünü savadlı, mübariz, vətənpərvər, dindar göstərmək, əslində belə olmamaq cəmiyyəti məhv edən yalanlardandır. Bəziləri bu yalanla hətta hakimiyyətə gəlir, vətənpərvərlikdən danışır. Məqsədi isə yüz il sonrakı nəslinə milyardlar toplamaqdır. 
İnsanın şəxsiyyəti onun sözü ilə eyni olmadıqda bu sözlərin təsiri də ölür.

Web-Resurs

haqyolu.com

Category: Exlaq | Baxış: 868 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]