Bazar günü, 2024-12-22, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 15 » YA QƏMƏRİ BƏNİ HAŞİM
7:27 AM
YA QƏMƏRİ BƏNİ HAŞİM
Tasua günü İmam Hüseyn (ə) öz əshabını azad buraxdıqda Hz. Əbülfəz (ə) qardaşına deyir:" Səndən sonra yaşamaq bizə haram olsun. Səzə xatir ölmək bizə baldan da şirindir".

Peyğəmbər (s.ə.s) qızı Hz. Fatimə (ə) dünyasını dəyişdikdən sonra Hz. Əli (ə) Fatimə adlı başqa bir qadınla ailə qurur. Hz. Əli (ə) onu Fatimə çağırdığı zaman balaca Həsənlə Hüseynin gözləri yaşla dolar və anaları üçün çox darıxardılar. Bunu görən Fatimə Hz. Əlinin (ə) yanına gələrək deyir:" Ey Əli, bundan sonra məni Fatimə çağırma, uşaqlarının göz yaşlarını görməyə taqətim yoxdur". Hz. Əli (ə) ondan soruşur:" Bəs sənə necə müraciət edim?". Fatimə cavab verir:" Ümmülbənin (yetimlərimin anası) deyə müraciət em mənə". Həmin gündən Hz. Əli (ə) ona Ümmülbənin deyə müraciət edir. İmam Əlinin (ə)  bu qadından bir oölu dünyaya gəlir. Adını Abbas qoyur.  Abbas İmam Əlinin (ə) digər uşaqlarından fərqli olaraq olduqca yaraşıqlı və boylu-buxunlu idi. Böyüyüb boya-başa çatdıqdan sonra İmam Əli (ə) ona Qəməri Bəni Haşim (Bəni Haşimin ayı) ləqəbini verir. İmam Əli (ə) oölunun bir çox üstün xüsusiyyətlərini görüb sonradan ona Əbülfəz (fəzilət atası) ləqəbini verir. Kərbəla hadisəsi baş verdiyi zaman o da digər qardaşlar kimi, İmam Hüseynə (ə) olan səadətini biruzə verir. 
Hz. Əbəlfəz  (ə) qardaşı uşaqlarının susuzluöa tab gətirə bilmədiklərini görüb özünü Fərat çayına vurur. Düşmənin bir neçə əsgərini həlak edib suya çatır. Su müşklərini doldurmazdan əvvəl özü su işmək istəyir. Amma susuzluqdan əziyyət çəkən qardaçı uşaqlarının fəryadını xatırlayıb öz-özünə deyir:"Ey nəfs! Hüseynin balaları əziyyət çəkdiyi bir halda sən su içəcəksən?". Ovcundakı suyu çaya boşaldıb müşklərini doldurur. Yolda pusqu quran düşmən əsgərləri ona yaxınlaşmağa cürət edə bilməyib oxla qollarını nişan alırlar. Hz. Əbülfəz atdam yıxılıb sürünə-sürünə su müşklərini dişinə alır.  Düşmən aman vermədən başına aöır zərbə endirir. 
Əbülfəzin ölüm xəbəri İmam Hüseynə (ə) çatdıqda nəşi üstə gələrərk deyir:" İndi belim qırıldı, qardaş".
 Kərbəla hadisəsindən sonra İmam Səccad (ə) Mədinəyə qayıdır. Ümmülbənin ondan soruşur:" Mənim oğlum Kərbəlada nələr etdi?". İmam Səccad (ə) cavab verir:"Sənin oölum, mənim əmim Abbas din yolunda şəhid oldu". Onu necə öldürdülər?-deyə soruşduqda İmam Səccad (ə) buyurur:"Yezidin əsgərləri onun qollarını kəsib atdan yerə yıxdı sonra başını bədənindən ayırdı". Ümmülbənin soruşur:" Onun qolları o qədər uzun idi ki, kimsə onları kəsməyə cürət edə bilməzdi". İmam Səccad (ə) buyurur:" Onlar Abbasın qollarını oxlarla, nizələrlə taqətdən saldıqdan sonra atdan sala bildilər". Ümmülbənin deyir:" Mənim oölumu yalnız belə öldürmək olardı". Sonra əllərini səmaya açaraq belə dua edir:" Allahım, Sənə sonsuz şükürlər olsun, oölum Abbas Hüseynə kömək edərkən şəhid olub. Əgər qardaçına kömək etməsəydi, südümü ona halal etməzdim".

İmam Hüseyn (ə) və qardaşı Əbülfəzn (ə) ziyarətgahları Əhli-Bəyt aşiqlərinin eşq qibləsinə çevrilib.

Yeziddən fərqli olaraq qoşuna rəhbərlik edən inb Ziyad Ömər ibn Səd və Şümr ibn Züljeyşan Kərbəlaya qəbilə təəssübkeşlik məqsədilə deyil, yalnız qənimət eldə etmək üçün gəlirlər. Onların birinə Rey, digərinə İsfahan valiliyi ved olunsa da, heç biri buna nail ola bilmir. Kərbəla faciəsindən sonra Muxtar Səqəfi İmam şəhidlərin intiqamını almaq məqsədilə qiyam edir və onların hər üçünü qətlə yetirir. Dünya malını əldə edə bilməyən qatillər bu dünyadan Hüseynin (ə) qanı ilə gedirlər.

Category: Tarix | Baxış: 1832 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 HUSEYNE_QURBAN   (2010-12-15 12:37 PM) [Daxil et]
SALAM,ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]