Bazar günü, 2024-12-22, 9:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 11 » Yəcuc və məcuc
12:50 PM
Yəcuc və məcuc
Quranın iki surəsində ("Kəhf" və "Ənbiya") Yəcuc və Məcuc barədə söz açılır. Bəs onlar kim idilər?
Yəcuc və Məcuc işğalçı, qaniçən dəstənin adıdır. Onlar ətraf qəbilələrə hücum edərək yerli əhaliyə divan tutar, var-dövlətlərini qarət edərdilər. Zülqərneyn barədə xəbər verilən ayələrin təfsirində deyilir:
"Zülqərneyn səfərlərinin birində iki dağın arasında yaşayan bir məntəqənin əhalisi ilə qarşılaşır. Onlar Zülqərneynin qüdrət sahibi olduğunu görüb deyirlər:
"Yəcuc və Məcuc qəbiləsi el-obamızı qarət edib fitnə-fəsad törədir. Bizimlə onlar arasındfa bir maneə yarada bilərsən? Bunu edə bilsən, gördüyün işin müqabilində sənə pul verərik".
Zülqərneyn onlara deyir:
"Allahımın mənim ixtiyarımda qoyduğu mal-dövlət və gün sizin  mənə təklif etdiyindən daha yaxşıdır".
Zülqərneyn onlara dəmir parçaları gətirməyi əmr edir və iki dağın  arasında sədd çəkir. 
Yəcuc və Məcuc hansı millətə mənsub olduğu barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Onlardan biridə Yəcuc və Məcucun Monqolustan ətrafında yaşayan  yarıvəhşi qəbilələrdən olmasıdır. Onlar qısa müddət ərzində artır və ətraf məntəqələrə basqınlar etməyə başlayırlar. Tarix kitablarında miladın XlV əsrində vəhşi qəbiləyə rəhbərlik edən Atillanın Rum impüratorluğuna  və miladın Xll əsrində Çingizxanın rəhbərliyi altında İslam dövlətlərinə olan hücumları üzərində daha çox dayanır. "Ənbiya" surəsinin 96-cə ayəsində səddin uçması və Yəcuc Məcuc qövmünün hücumunun Qiyamətin əlamətlərindən biri olduğu göstərilir. Bəziləri belə bir fikirdədilər ki, miladın on ikinçi ilində monqolların hücumu ilə Qiyamətin əlamətlərindən biri artıq həyata keçmişdir. Belə görünür ki, Qiyamətin qopmasına bir o qədər də çox vaxt qalmayıb. Amma düzünü Allah bilir.


Category: Diger me'lumatlar | Baxış: 1403 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]