Bazar günü, 2024-12-22, 6:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Noyabr » 16 » Xümsün hökmləri
6:28 AM
Xümsün hökmləri
 
 
MƏFHUMLAR VƏ TERMİNLƏR
"MƏUNƏ” SÖZÜNÜN MƏFHUMU

Sual : "Məunə” söüzünün mahiyyət və məfhumunu izah edin.
İnsan həyatındakı xərclərə "məunə” deyilir. Onun aşağıdakı yönümləri var:
1. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış vasitələri, minik vasitələri, təhsil vasitələri, kompüter, evlənmə xərcləri və s.
2. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və s.
3. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət səfəri, gəzinti və istirahət.
4. Öhdədə olan haqlar. Məsələn: Diyə, vergi və kəffarə Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər "məunə” hesab olunmur. Beləliklə, ilin başlanğıcınadək el arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin xümsü ödənməlidir.

XÜMS VƏ VERGİ

Sual 7: Xüms ilə verginin fərqini bəyan edin.
"Xüms” ilahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi mötəbərdir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz
 
MÜSALİHƏ

Sual : "Müsalihə” sözünü izah edin.
Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə bağlı öhdəçilik götürsə, həmin maldan istifadə üçün şəri hakim və ya onun nümayəndəsinə müraciət edə bilər. Beləcə, şəri hakim bu şəxsə münasib miqdarla keçinər və ya onun borclu qalmasını qəbul edər. Bu əməl "müsalihə” adlanır.

XÜMS İLİ

Sual : Xüms ili nədir?
İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrınadək ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ asanlıq sayılır. Bu bir illik fürsətə "xüms ili” və ya "vergi” ili deyilir.

ÖDƏYİB BORC GÖTÜRMƏK

Sual : Ödəyib borc götürmək nədir?
Şəxs əmlakına vacib olmuş xümsü bir dəfəyə ödəyə bimədikdə və ya bu işdə çətinlik çəkdikdə onu cameuş-şərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra həmin məbləği ondan borc alır və tədricən ödəyir. Bu iş "ödəyib borc götürmək” adlanır.
 
Seyid Müctəba Hüseyni
 
Category: Diger me'lumatlar | Baxış: 979 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]