Bazar günü, 2024-12-22, 9:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 4 » Xoşbəxtliyin bəzi sirrləri (2)
3:06 PM
Xoşbəxtliyin bəzi sirrləri (2)

11. Ər və arvadın ailədə ehtiyacı olduğu iki əsas xüsusiyyətlərdən biri qarşılıqlıgüzəştdigəri isə xətaları örtməkdir. Əgər insan ailəsində və ya cəmiyyətdəgördüyü kiçik nöqsanları görməməzliyə vurubgüzəştə getsə, onun bu hərəkətiətraf mühitə səmimiyyət gətirər. "Ər arvad arasında həm məhəbbəthəm dəgüzəşt qərar verildi kiBir-birinin səhvini bağışlamaqla məhəbbətimöhkəmlətsinlərQurani Kərim.

12. Üzr istəməyi bacarınGünahkar kişi olsa belə, gərək o səhvini iqrar edibçəkinmədən üzr istəməlidirAdətən oğlanlar üzr istəməyi zəiflik kimi qəbul edirlər.Insanın bu hərəkətiqarşındakı şəxsə məhəbbətdərin ehtiram və mərdlik rəmzidirImam Xomeyni nitqlərinin birində deyib ki, əsl kişi odur kisəhvə düçarolduğu zaman öz səhvini etiraf etsin.

13. Ailədə xoşagəlməzliklərin yaranmaması üçün bağışlamağı bacarınHəzrət Əli(ə) bağışlanmaq haqqında belə buyurub: "Qüdrət sahibi olduğunuz zaman əfv edinkiAllahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir". Əfv etməyi bacarmaqinsanın böyüklüyünə dəlalət edir. 

14. Yoldaşınızın dostları və ya tanışları ilə həddindən artıq səmimi olmayın.

15. Ailəsinə göstərdiyiniz hörməti və onlara etdiyiniz yaxşılığı heç vaxt üzünəvurmayın.

16. Yaxınlarına hörmət bəsləyin və gülərüzlə evinizə qonaq dəvət edinQohumlarıilə görüşməsinə maneçilik etməyinOnların səhvlərini yoldaşınıza bildirməyin.

17. Məscidlərdə, iş yerində və ya cəmiyyətdə öyrəndiklərinizi ailənizlə bölüşün. Allah qurani Kərimdə buyurur: "Ailənizi və uşaqlarınızı Cəhənnəmdən qoruyun".

18. Mütləq Bir-birinizin psxologiyasını, xarakterini yaxşı tanıyın və ona görədavranın.

19. Nə qədər doğru olsanız belə qəti şəkildə özünüzü müdafiə etmək naminəuzundillik etməyinMübahisələr evlililər arasındakı isti münasibətə son qoyar.Məsum Imamlarımızın (ə) dediyinə görə, qadın əri qarşısında uzundillik edərsə,Qiyamət günü onun dili o qədər uzanacaq kibütün məhşər əhli onutapdalayacaqlar.

20. Istəklərinizi yerinə yetməsi üçün yoldaşınıza əmr deyilrica edin.

21. Maddi durumunuza görə davranınistədiyinizi almasa "eybi yoxgələn dəfəalarsandeyib qəlbini alınOnsuzda aranızda sevgi olduğu müddət osizin üçünəlindən gələni edəcəkAilənizin maddi durumundan şikayətçi olmayın.Həyatınızda olan əksikliklər üçün yoldaşınızı günahlandımayın.

22. Nikahınaranızda bağlantı və Allah qarşısında bir SÖZ olduğunu unutmayın.

23. Yalnız əriniz üçün bəzəninUca Rəbbimiz ərindən başqası üçün bəzənənqadının ibadətini qəbul etməzReyğəmbərimiz (sbuyurur: "Qadın ın gözələtirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır".

24. Şiddətə yol verməyinPeyğəmbərimiz (sbelə həyatı boyu heç bir xanımına,hətta xidmətçisinə belə şiddət göstərməmiş, onları incitməmişdiOqadınlarhaqqında buyurur: "Yediyinizdən yediringeydiyinizdən geydirinSəhvlərini üzlərinə vuraraq onları utandırmayındöyməyinEvdə tək qoymaqla onlara cəzaverməyin".

25. Əsəblərinizi cilovlamağı bacarın. Əgər insan əsəblərinə hakim olmağıbacarırsahəm ailəsində problemlər öz həllini taparhəm də ilk qəbir gecəsi əzabgörməz.

26. Ailənizlə bağlı mövzuları tək deyilbirlikdə müzakirə edin və qərar verərkənmütləq yoldaşınızın da qərarına önəm verinPeyğəmbərimiz (sdə bütünmövzularda xanımının da fikrinə önəm verirmiş.

27. Yoldaşınızın yanında qaraqabaq olmayınGülümsəyin və gözəl əxlaqlı olmağaçalışın.

28. Qarşı tərəfdən güvənc görmək hər zaman insanın əhvalını yüksəldirOdur ki,xoş sözlər söyləməklə ona güvəndiyinizi sübut edinUnutmayın:"Xoş bir söz vəgünahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır" Bəqərə, 263.

29. Şübhə və qısqanclıqlara son verin. Qısqanclıq Allahın ən qəzəbləndiyi hərəkətdir. 30. Yoldaşınız əsəbi olduğu zaman onu sakitləşdirməyə çalışın, şəxsi planlarınızı  təxirə salın. Məşhur hədislərdən birində bu barədə deyilir: "Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını qəzəbli halda görsə, ona: "Mənim əlim sənin əlindədir və yalnız sənə təsliməm",desin". 31. Onun zövqünə görə hərəkət edin. Xoşladığı və ya xoşlamadığı şeylərdən bixəbər olmayın.32. Bütün işlərdə Bir-birinizə yardımçı olun. Adətən kişilər bunu özlərinə ayıb bilirlər. Bu sevimli Peyğəmbərimizin (s) yoludur. O (s) sevimli kürəkəni Əliyə (ə) buyurur: "Ya Əli, ev işlərində xanımına kömək edən hər kəsə, həcciümrənin savabı nəsib olar".33. Yoldaşınızdan sevgi tələb etdiyiniz kimi siz də sevginizi ondan əksik etməyin. Dinimiz məhəbbəti qarşılıqlı bilir. Ər və arvadın Bir-birinə məhəbbət nişanəsi imanın böyüklüyüdür. Imam Sadiq (ə) buyurur: "Imanın artımını ailəyə məhəbbəti yüksəldir". 34. Yoldaşınızla xoş davranın və Bir-birinizə hörmət bəsləyin. Xoş rəftar ailəyə sakitlik, sevinc, aramlıq bəxş edər, tərəflər arasında kinə son qoyar. "Həyat yoldaşınızla mərifətlə davranın". Bəqərə, 228. 35. O, evdə olmadığı zaman onun üçün darıxdığınızı, o gəldikdə isə sevindiyinizi mütləq bildirin. 36. Səbəbsiz yerə uzun müddət ayrı qalmayın. Çünki qısa ayrılıqlar həqiqi sevgini gücləndirdiyi kimi, uzun ayrılıqlar xoşbəxt bir ailə üçün fəlakət ola bilər. Mümkün qədər getdiyiniz yeri ailənizə bildirin, onları intizarda qoymayın.  Mühəmməd (s) buyurur: "Biriniz yola çıxdığı zaman işlərini bitirən kimi o an ailəsinin yanına dönməlidir" 37. Məbadə bir dil yarası ilə aranızdakı səfasəmimiyyət və mehribanlığı uzaqlaşdırasınız. Qılınc yarası keçər, dil yarası yox. Odur ki, mübahisə əsnasında sözlərinizə diqqət edin. 38. Küsülü qalmayın. "Əgər bir qadın əri ilə küsülü olduğu halda və ya əri ondan razı olmadığı halda yuxuya gedərsə, Allah mələkləri sübhə qədər ona lənət edər"39. Onun səhvini gördükdə "mən demişdim belə olacaq" deməyin, əksinə, onu anladığınızı bildirin. 40. Xoşbəxt olmaq üçün yoldaşının yaxşı, ideal olması yetərli deyil, eyni zamanda siz də mükəmməl həyat yoldaşı olmağı bacarmalısınız. Yaxşı xanım və ya ər olduğunu sadəcə cümlələrdə deyil, davranışlarınızla da göstərin.41. Təmizkar olun. Təmizkar ailədən ruzi bərəkət və mehribançılıq əksik olmaz. Təmizlik imanın yarısı və sevginin daimi olması üçün əsas şərtlərdəndir. 42. Onunla səsinizi yüksəldərək danışmamalısınız. Əsasən də uşaqların və ya qonaqların yanında.43. Sizə qarşı yanlış hərəkət edərsə, bunu görməməzliyə vurun, əmin olun ki, o da peşmandır. Tez ondan intiqam almaq fikrinə düşməyin.44. "Qürur" sözü şeytanın teztez işlətdiyi sözdür, bundan uzaq olun.45. Çətinliklərlə qarşılaşdıqda belə bunu biruzə verməməli, həyata ümidlə baxmalı və gülər üz olmalısınız. Peyğəmbərimiz (s): "Gülər üz sədəqədir" deyə buyurub. 46. Bədxərc, paxıl, eqoist eyni zamanda xəsis olmayın. Ailə büdcənizin dəyərini bilin və israfa yol verməyin. Islama görə ən pis qadın israfçı qadındır. "...Eyni zamanda (mal dövlətini əbəs yerə) sağa-sola səpələmə!" Əl Isra, 26.47. Heç bir kəsin yoldaşınızın ardınca xoşagəlməz sözlər danışmasına imkan verməyin,  bu cür hallarla qarşılaşdıqda etik qaydalarını pozmadan, tam cəsarətlə mütləq onu müdafiə edin. 48. Evdə bir küncə və ya otağa çəkilib tək oturmağı adət halına gətirməyin. Bu, aranızdakı səmimiyyətə son qoya bilər. 49. Mübahisə zamanı onu dinləməyi bacarın, mənfi hərəkətləri qəlbini qırmadan ona başa salın və yanlışlıqlarını düzəltməsi üçün vaxt verin. Peyğəmbərimiz (s) ümmətinə tövsiyə etmişdir ki, çalışın insanların eyiblərini deyil, müsbət nöqtələrini görəsiniz.50. Yoldaşına itaət etməli, ondan izinsiz hərəkət etməməli, ona ürəkdən qulluq etməli və unutmamalısınız ki, "Qadının ən böyük cihadı əri üçün yaxşı arvad olmaqdır"Mühəmməd Peyğəmbər (s).51. Əsl mömin qadın həyalı olmaqla yanaşı, daima iffətini qorumalıdır. Yəni Qurani Kərimin Nisa sürəsinin 34cü ayəsində buyrulduüu kimi: "Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar".52. Özünüzə etdiyiniz duaların təkrarını ona da etməli, özünüzə istədiyiniz yaxşılıqları ona da arzulamalısınız. Əslində həqiqi müsəlman gərək düşməni üçün belə yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin.53. Bir-birinizə etimadsız olmayın. Bədgümanlıq və etimadsızlıq yaranan evdə Allahın rəhmət və bərəkəti olmaz    Allahın qəzəbi həmin ocağı bürüyər. Allah Taala Qurani Şərifdə bəyan edir ki, "Həqiqətən mənim əzabım çox şiddətlidir".54. Yalandan uzaq olun. "Bütlərin çirkinliyindən və batil sözlərdən (yalan, boş-boş danışma və qeybətdən) uzaq olun" Həcc, 30. 55. Qeybət etməyin. Kişilər qeybətcil qadınları sevməzlər. Hücürat sürəsinin 12ci ayəsində də bu haqda deyilir: "Bir-birinizin qeybətini etməyin, sizlərdən bir kəs var ki, öz qardaşının ətini ölmüş halda olarkən yemək istəsin? Bu cür işdən heç vaxt razı olmazsınız.".56. Ər-arvad fani dünya kimi axirətlərini də düşünməli və orada da birlikdə olmaq üçün bugünki davranışlarına, ibadətlərinə diqqət yetirməlidirlər.57. Həyatını paylaşacağın insanla xoşbəxt olmaüın üçün sənə vacib olan bir çox şeylərdən belə vaz keçməlisən.58. Sirr saxlamağı bacarın. "Onlar sizin, siz də onların libasısınız" Bəqərə,187. Davranışlarınızla övladlarınıza örnək olun.59. Evdən çıxdığı zaman onu mütləq yola salın və arxasınca dua edin.

60. Naşükür olmayın. Çünki Allah naşükür olanları sevməz.


ihq.az


Category: Exlaq | Baxış: 1314 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]