Bazar günü, 2024-12-22, 10:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 1 » Xoşbəxtliyin bəzi sirləri (1)
9:51 PM
Xoşbəxtliyin bəzi sirləri (1)
image

  Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. Insan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə  cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.

     Xoşbəxtlik insanın öz əlindədir. Əgər ailə quran şəxs bu müqəddəs ocağın bünövrəsini möhkəm qoyarsa, cəmiyyətdə də birlik möhkəm olacaq və inşallah gələcəkdə o insan ciddi problemlərlə qarşılaşmayacaqdır. Ailə qurarkən yalnız hisslərə deyil, sevgi başda ol maqla, hörmətə, mədəniyyətə, anlayış və vəfadarlığa da önəm verilməlidir. Əks təqdirdə, evlilər arasındakı zəncirlər qırılar və ya bu ailənin yaşayış tərzi ibtidai icma quruluşundakı qəbilələrdən heç nə ilə fərqlənməz. Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloæi uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Psixoloæi uyğunlaşma isə hər şeydən əvvəl müxtəlif tərbiyə almış və müxtəlif mikromühitlərdə formalaşmış xarakterlərin uzlaşmasıdır. Unutmamalıyıq ki, sözsöhbətsiz, problemsiz ailə  həyatı yoxdur. Ən xoşbəxt ailələrdə belə istər maddi, istər mənəvi çətinliklər, bəzi anlaşılmazlıqlar olur. Sağlam düşüncəli şəxs bu kimi çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi üçün mübarizə aparmalıdır...

   Həyat yoldaşı ilə yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradar. Bu davranış nəticəsində nəinki  Ər-arvad arasında mehribançılıq olar, eyni zamanda onlar bu hərəkətlərinin savabını mütləq axirətlə alarlar. Islam peyğəmbəri (s) buyurur: "Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun".

    Və yaxud əksinə, əgər Ər-arvad həyatlarındakı nöqsanlara dözməyib, bilərəkdən Bir-birinə əziyyət verərlərsə, ömürlərini ibadətlə keçirmələrinə baxmayaraq Allah həmin bəndələrinin ibadətini qəbul etməz.

Bütün bu anlaşılmazlıqlar sonunda boşanma ilə nəticələnir ki, bu da hər iki tərəfə, xüsusən də uşaqlara mənfi təsirini göstərir. Bildiyimiz kimi, Islam şəriəti boşanmanın əleyhinədir. ƏhliBeytdən (ə) gələn hədisə görə, boşanma əqdi oxunanda AllahTaalanın ərşi titrəyir. Tanrının qəzəbinə düçar olub, günah qazanmamaq üçün bu "mikro dövlət"in təməlini sağlam qurmalıyıq. Hər kəsin ailəsi onun kiçik bir dünyasıdır. Insan oğlu davranışları ilə dünyasını Cənnətə və ya Cəhənnəmə çevirməyə qadirdir. Ömrümüzün sonuna kimi zindan həyatı yaşamamaq, axirətimizi Cəhənnəmə çevirməmək üçün hər birimiz üzərimizə düşən vəzifələrin nələrdən ibarət olduğunu bilməli və xoşbəxtçiliyimiz üçün bu qaydalara riayət etməliyik. Əziz mömin bacı və qardaşlar, müqəddəs ocağınızı yüksək məqamlı Behiştə çevirməyin bəzi sirrlərini bilmək istərdinizmi? Elə isə diqqətli olun:

1. Yoldaşınız evə gəldiyi zaman onu qapıda qarşılayın və gülər üzlə "Xoş gəldin"  deyin.

2. Ona soyuq yanaşmayın və gününün necə keçməsi ilə maraqlanın. Lakin demək istəmədiyi mövzunu israrla tələb etməyin.

3. Işlərinizi elə qurun ki, o evə gəldiyi zaman ona daha çox vaxt ayırasınız. Istirahəti üçün lazımı saatlarda evdə süküt yaradın. Problemləri, qeyrizəruru məsələləri Bir-birinizə deyib, birlikdə məşvərət edin.

4. Ər-arvad münasibətlərindən əlavə, yoldaşınızla sirdaş, dost olmağa çalışın. Qurani Kərimdə buyurulur: "Allah Taala sizin aranızda məhəbbət və dostluq yaratdı".

5. Evlilik eyni zamanda ortaqlıqdırQazancınıza "mənimdeyib sadəcə özünüz üçün xərcləməyinMalınız arasında seçim etməyin. "Mən", "Sən"kimi sözlərin yerinə "BizişlədinMəsələnMənim evim deyilbizim evimizdeyin.

6. Yoldaşınızı kimsəninxüsusən də qohumları və ya dostlarının yanındaalçatmayın, ələ salmayın və onun hərəkətlərini yamsılamayın, əksinəinsanların yanında ona daha çoxibrətamiz şəkildə hörmət edin.

7. Təvazökar və itaət edən olunNisa sürəsinin 34cü ayəsinə diqqətyetirin: "Həm  təvazökarhəm də itaət edən qadınlar pak və təqvalıdırlar" .

8. Yoldaşınızın yanında heç vaxt başqa kişiləri müdafiə etməyinonlarıbəyəndiyinizi vurğulamayınBaşqalarının uğuru ilə onu utandırmayın.

9. Əgər yaxınlarınızdan birisi vaxtilə ona yaxşılıq edibsə, bunu minnət qoyaraqonun üzünə vurmayınUnutmayınminnət qoymaq insanın kiçikliyidirBununnəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. "Heç bir kəsəminnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbiyanında mükafatları vardır". Bəqərə, 262.

10. Anlayışlı olmağa çalışınAilədəki mehribançılıq, şirinlik və ləzzət məhzanlaşma sayəsində yaranır. Əgər iki şəxs arasında anlaşma olarsaburada nəzm vənizamın möhkəmliyinə şübhə ola bilməz.


ihq.az


Category: Exlaq | Baxış: 809 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]