Əsas səhifə » 2012 Yanvar 21 » Xeyr və şər qardaşları
12:13 PM Xeyr və şər qardaşları | |
![]() Xeyr və Şər qardaşlığı - el arasında tez-tez işlədilən bu deyimi, yeqin ki, hamimiz eşitmişik. Bu vaxta qədər bir çoxlarınız deyimin mahiyyətinə varmamısınız. Elə bunun üçün də fərqinə varmadandillər əzbəri edib həvəslə istifadə etmisiz. Lakin biz bu deyimin mənşəyini araşdırdıq və altında yatan mənaları üzə çıxardıq. Gəlin hər şeydən əvvəl xeyir və şərin nə olduğunu bilək. Ərəb mənşəli hər iki söz Azərbaycan dilində də həmin mənaları ifadə edir. İndi isə gəlin misalın ikinci hissəsində istifadə olunan "qardaşlıq" kəlməsini etimoloji mənasına nəzər salaq. ![]() Badələrə şərab süzüb "Allah mübarək etsin" şüarını verməklə məclis saibi iştirakçılara bərəkət əvəzinə Allahın qəzəbini qazandırır. Allah yolunda dünyasını dəyişmiş şəxslərin ölümü isə şər deyil, bəlkə də əksinə, xeyir və bərəkətdir. Demək hər ölüm şər və hər uğur xeyir deyil. Xeyirli - uğur və itki Allah razılığı qazanılan şər - uğur və itki isə Allahın qəzəb və narazılığına səbəb olan əməllərdir. İmam Əli (ə) buyurur:" "Aqibəti şər olan xeyir - xeyir deyil. Aqibəti Cənnət olan şər - şər deyil". Belə ki, bir çox hallarda şər olaraq qəbul etdiyimiz işlər bizim üçün xeyir və ilk baxımda xeyirli hesab etdiyimiz bir çox işlər bizim ziyanımızla nəticələnir. İmam Sadiq (ə) buyurur: " Xeyir və şəri yalnız axirətdən sonra biləcəksiniz. Onların hər ikisi ədəbi olduğundan Allah-Təala bütün xeyirləri Cənnətdə, bütün şərləri isə Cəhənnəmdə qərar vermişdir". | |
|
Total comments: 0 | |