Bazar günü, 2024-12-22, 3:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 22 » Xeberdarliq
10:00 PM
Xeberdarliq
TİBB ELMİ NƏ DEYİR?
 

          Zinakarlıq nəticəsində hal hazırda saysız -hesabsız insanlar,«Suzak», «Suflis» və bu kimi qorxulu və yolxucu xəstəliklərə tutulmuşlar. Bu xəstəliklər qeyri-qanuni cinsi əlaqə nəticəsində vücuda gəlir və tez bir zamanda insanın bir sıra bədən üzvlərinə öz qorxulu təsirini qoyur. «Suzak» xəstəliyinin mikrobu gözə çatarsa, onun görmə qabiliyyətini aradan aparır və get-gedə bədən üzvlərində çirk yaranmasına səbəb olur.
      Həmçinin bu kimi qorxulu xəstəliklər, o cümlədən «Spid» xəstəliyi də kişilər arasında baş verən bir sıra cinsi azğınlıqlardan irəli gəlir və beləliklə qadınlar arasında da yayılmağa başlayır.
Qeyd etdiyimiz kimi, hal-hazırda hər 6 saniyədə bir nəfər «Spid» xəstəliyinə tutulur ki, bu xəstəliyə tutulanların sayı hal hazırda 40 milyon nəfərə yaxındır.
       İstimna (yəni bədən üzvləri ilə özündən süni yolla sperma xaric etmək), tibbi nöqteyi nəzərdən çox zərərli olub, həmçinin mütəxəssis həkimlər tərəfindən bir çox xəbərdarlıqlar verilmiş və deyilmişdir ki, istimna ilə məşğul olan şəxs, aşağıdakı çətinliklərlə üzləşəcəkdir:
1-İnsanın ruhi və cismi zəifliyi və nəhayətən vaxtından qabaq qocalması;
2-Əsəb sisteminin zəifləyib korlanması;
3-Hafizə və yaddaşın itməsi;
4-Görmə qabiliyyətinin zəifliyi;
5-İştəhasızlıq;
6-Sümük və oynaqların zəifliyi;
7-Eşitmə qabiliyyətinin zəifliyi;
8-Sidik məcrasından çirk və ya qan gəlməsi;
9-Şiddətli baş ağrılarının yaranması;
10-Bu iş davam edərsə, bədən üzvlərinin iflic olması; Bunlardan daha mühüm məsələ istimna ilə məşğul olan şəxsin öz əli ilə gələcək səadət, xoşbəxtlik və inkişafını məhv etməyidir.
Beləliklə qeyd olunmuş tibbi nəzərlərin, İslam dininin göstərişlərinin doğru olduğunu sübut etdiyini görür və bir daha qərb mədəniyyəti və sair dinlərin bəşəri hidayət etəməkdə aciz qaldığını təsdiq etməli oluruq.

 
XƏBƏRDARLIQ

      Əziz bacı və qardaşlar! Bura qədər cinsi azğınlığın növləri, onların səbəb və amilləri və bu haqda müqəddəs İslam dini, həmçinin tibb elminin icmali nəzəriyyələri ilə tanış oldunuz. Yuxarıdakı fəsillərdən bu azğınlıq növlərinin nə qədər qorxulu və təhlükəli olduğunu bildiniz, amma bu azğınlıqdan daha qorxulu şey ümidsizlikdir.
       Əgər (Allah göstərməsin) bu azğınlığa düşmüsünüzsə, heç də ümidinizi kəsməyin. Möhkəm iradə və ciddiyyətlə qərara gəlib, gələcək həyatınızın xoşbəxtliyi, ölkəmizin müstəqilliyi və əbədi səadətiniz naminə hər növ azğın işlərdən əl çəkin.
        Bu yolda heç vaxt və heç zaman sarsılmayın. Çünki, biz müsəlmanıq və Allah-təala müqəddəs kitabımız olan Qurani-kərimdə günahkarlara belə buyurur:
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ (53) وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِن قَبْلِ أَن يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ
       Ey peyğəmbər! günahkarlıqla) öz nəfslərinə qarşı israf edən bəndələrimə de ki, heç vaxt Allah rəhmətindən naümid olmasınlar, bağışlayacaqdır. Allah bağışlayan və mehribandır. Allah əzabı gəlməmişdən öncə (hamılıqla) Onun dərgahına qayıdıb tövbə edin və yalnız Onun ) fərmanlarına təslim olun.  Əziz oxucu! Gördüyünüz kimi tövbə qapıları bizim üzümüzə açıqdır və Allah - təala bizdən ona tərəf tövbə edib Allah rəhmətindən ümidimizi kəsməməyi istəyir.
Cinsi azğınlıq insan həyatı üçün bədbəxtlik sayılırsa, Allah rəhmətindən ümidsüz olmaq, daha böyük bədbəxtlik və ziyankarlıqdır.
Həzrət Əmirəl-möminin Əli (ə) buyurub: Ümidsizlik öz sahibini həlak edər. Beləliklə cinsi azğınlığın istər fərdi, istərsədə ictimai həyatda qoyduğu pis və acınacaqlı təgsirlərini yada salıb, möhkəm iradə və böyük ümidlə doğru yola üz gətirərək, özünüzü dünyada bir ömür boyu bədbəxtçilik, axirətdə isə şiddətli əzablardan qurtarın. əlbəttə keçmiş günahlarınız haqqında heç kəsə bir söz deməyib onu özünüzlə Allah arasında sirr olaraq saxlayın. Çünki günahı dilə gətirməyin özü, böyük günahlardan sayılır.

ÇIXIŞ YOLU

    Cinsi azğınlığın amilləri və bu haqda İslam dini və tibb elminin nəzərləri ilə tanış olduqdan sonra, kitabın bu fəslində, zehninizdə vücuda gəlmiş «bəs nə etmək lazımdır?»-sualının cavabı haqqında danışacaq və siz əzizlərə lazımlı göstərişlər verəcəyik.
    İslam dini heç də insan vücudunda qoyulmuş cinsi istəkləri inkar etməyib, bu istəklərin Allah tərəfindən insana hədiyyə olunduğunu təsdiq edərək, ondan düzgün istifadə edilməsini tələb edir. Beləliklə cinsi istəklərin bir həqiqət olaraq hər bir insanın (kişi və qadının) vücudunda özünə məxsus yeri vardır. Lakin onu hansı yolla sakitləşdirməyə gəldikdə, bir çox insanlar öz yolunu azmış və böyük olan Allahın bizə hədiyyə etdiyi bu istəyin qarşısında israfkarlıq və yaxud nankorluq etmişlər.
Hər bir insan, cinsindən asılı olmayaraq, öz cinsi istəkləri qarşısında üç yoldan birini seçə bilər ki, bu üç yol, aşağıdakılardan ibarətdir:
      1-Cinsi istəkləri təmamilə aradan aparıb, özünü bu cür meyllərdən xilas etmək. Məsələn; müxtəlif bitki və yaxud kimyəvi dərmanlar, həmçinin cərrahi əməl vasitəsi ilə özünü əbədi olaraq sonsuz etmək və s...
Bu yol, insanı cinsi istəklərin hücumlarından qoruyarsada, onun iradə zəifliyi, Allahın məsləhətlərinə etiraz etməsi, küfrü və həmçinin əbədi bədbəxtçiliyi ilə sona çatar. Bundan əlavə onun cisim və ruhunu da korlayıb, xarab edər. Beləliklə birinci yol, müqəddəs İslam dininin nəzəri ilə heçdə uyğun deyildir.
      2-Cinsi istəkləri insaniyyətdən kənar yollarla (azğın yollarla) ram etmək. Məsələn; zinakarlıq, (kişi ilə qadının qanunsuz olaraq cinsi əlaqədə olması), kişi ilə kişinin cinsi əlaqədə olması, istimna (bədən üzvləri ilə cinsi orqandan sperma xaric edilməsi) və s...Bu yol da birinci yol kimi, insaniyyətdən kənar olduğu üçün, həmçinin insanın əxlaqi səciyyələri, gələcək parlaq həyatı və onun fərdi-ictimai həyatı üçün bədbəxtçilikdən savayı bir şey vermədiyindən, qadağan və azğın bir yoldur.
Bu cür cinsi azğınlıqlara düşmüş şəxslər, get-gedə öz dini, vətəni və namusuna qarşı laqeyd olacaq və beləliklə də öz əlləri ilə özlərinə quyu qazmalı olacaqlar.
        Əlbəttə cinsi azğınlığın nə qədər fəsad törətdiyi, həmçinin onun tibbi nöqteyi-nəzərdən nə qədər ziyanlı olması barədə, öncə fəsillərdə söhbət açıb, bir sıra məlumatları diqqətinizə çatdırdıq və bu barədə artıq izaha ehtiyac duyulmur.
       3-Cinsi istəkləri insaniyyətə yaraşan doğru və qanuni yollarla sakitləşdirmək; Məsələn; müqəddəs İslam şəriətinin göstərişinə əsasən ailə həyatı qurmaq. Bu yol isə insanı səadətə çatdıran yeganə yoldur və hər bir insan (kişi və yaxud qadın) təkcə bu yol vasitəsi ilə öz cinsi istəklərinə müsbət cavab verə bilərlər.
          Müqəddəs İslam dini də yalnız bu yolu bəyənmiş və yalnız bu yolu məsləhət görmüşdür. Biz insanı başqa varlıqlarla müqayisə etdikdə, onları bir çox xüsusiyyətlərdə eyni görürük ki, qəzəb, şəhvət və s... o cümlədəndir. Lakin insanı heyvanlardan ayıran əsas amil, onun ağlıdır ki, sair heyvanlar buna malik deyillər.
         Elə buna görə də insan öz ağlından istifadə edib, cinsi məsələlərdə insaniyyətə yaraşan bir yol ilə getməlidir.
İndi isə cinsi azğınlığa düçar olmuş əziz gənclər və yeniyetmələrə kömək əlimizi uzadararaq, bir neçə çıxış yolunu sadalamaq istəyirik:
Müqəddəs İslam dininin üzərində təkid etdiyi mühüm məsələlərdən biri də tövbə (Allaha tərəf qayıtmaq)-dan ibarətdir. Günahkar insan etdiyi günahlarından tövbə etməyincə çəkdiyi bütün zəhmətləri puça çıxacaqdır. Ümidvarıq ki, bura qədər mübtəla olduğunuz bu böyük günahın nə qədər qorxulu və özünüz üçün ziyanlı olduğunu başa düşmüş və bu çətinlikdən qurtarmaq arzusundasınız.
Keçmiş günahlardan həqiqi halda peşman olmayıb, tövbə etməyincə hər növ səy və təlaşınız təsirsiz olacaqdır. Elə buna görə də hər növ göstəriş və əməldən öncə qəti qərarla tövbə edib, bir daha keçmiş günahları əncam verməməyiniz üçün özünüz və Allahla əhd etməyiniz tövsiyyə olunur.
Mümkün qədər təklikdə bu günahın nə qədər qorxulu və İlahi qəzəbə səbəb olması haqda fikirləşib, qəti qərara gələrək tövbə edin. Qurani-kərimdə oxuyuruq:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا
     Ey iman gətirənlər! Həqiqi tövbə ilə Allaha tərəf qayıdın...
Yaddan çıxarmayaq ki, bizi bu tövbəyə çağıran mehriban və bağışlayan, həmçinin günahlardan keçən böyük Allahdır. Siz Allahın bu çağırışına necə cavab vermək istəyirsiniz?
Qurani-kərimin digər yerində buyurur:
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ
    Və o Allah, bəndələrinin tövbəsini qəbul edən və günahları bağışlayandır...
      Beləliklə sizi hər şeydən öncə Allaha tərəf qayıdıb tövbə etməyə dəvət edirik.
     Tövbə edənlər isə Allahın sevimli bəndələrindən olacaqdır. Həqiqi tövbə etdikdən sonra verilən məsləhətlərə layiqincə əməl edib öz gələcək səadət və xoşbəxtliyinizi təmin edin.
Bu yolda insanlar və cinlərdən olan şeytanlar sizin tövbə etməyinizi təxirə salmaq istəyərlərsə, onlara üz tutub deyin: «Mən öz Rəbbim qarşısında çox günahlar etmişəm, amma O mənim günahlarımı başqalarından gizlədərək məni qoruyub saxladı. İndi isə həqiqi və səmimi qəlb ilə ona tərəf qayıdıb, düzgün və yaxşı insanlardan olmaq istəyirəm. Bu yolda hər növ təxir mənim öz ziyanıma olacaqdır. Çünki mən bir andan sonra başıma nə gələcəyini bilmir və bundan sonra neçə il yaşaya biləcəyimdən xəbərsizəm.»
        Qeyd etməliyik ki, insansifət şeytanların vəsvəsəsi, cinnlərdən olan şeytanların vəsvəsəsindən daha da güclüdür. Belə ki, cinnlərdən olan şeytan yalnız qəlblərdə, insansifət şeytanlar (məsələn; pis dostlar) isə dildə və əməldə insanı günahab doğru çəkərlər. əziz bacı və qardaşlar!
Tövbə etdikdən sonra bu göstərişlərə lazımınca əməl edin və Allahın tövbə etdiyinizə görə sizə edəcəyi köməklərə inanın:
    1-Özünüzü əxlaqsız və fəsadlı yerlərdən uzaqlaşdırıb, təklikdən qorunun;
    2-Hər növ fikir və xəyalınızı ciddi şəkildə kontrol edin. Çünki hər növ cinsi azğınlığın ilk mərhələsi bu haqda (cinsi ləzzətlər haqda) fikirləşməkdən irəli gəlir ki, bu da qapı və pəncərəsi bağlı olan bir otaqda tonqal qalamaq kimidir. Od evi yandırmasada onun qara hissləri evi korlayıb yanmaq üçün hazırlayır.
           Nəql olunmuş rəvayətə əsasən bir gün həzrət İsa peyğəmbər (ə) səhabələrinə üz tutaraq belə dedi: Musa peyğəmbər sizə zina etməyi qadağan etdi. Mən isə sizə zina haqqında fikirləşməyi belə qadağan edirəm.
        Çünki , bu haqda fikirləşmək zinakarlığa gətirib çıxarar.
         3-Naməhrəmələrə baxmaqdan özünüzü qoruyun. Həzrət İmam Sadiq (ə) buyurur: (Naməhrəmə) baxmaq, şeytanın zəhərli oxlarından biridir və çox baxışların nəticəsi böyük həsrət olmuşdur.
İndi isə Qurani-kərimin Nur surəsində verilmiş iki mühüm göstərişə diqqət yetirək:
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ  وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ
       (Ey peyğəmbər!) Mömin kişilərə de ki, gözlərini (haram baxışlardan) yumusunlar və övrətlərini (qeyri - qanuni işlərdən) qorusunlar ki, bu onların (ruh və cismləri) üçün daha yaxşıdır. Şübhəsiz Allah - təala sizin işlərinizdən agahdır. Və (ey peyğəmbər!) Mömin qadınlara (qızlara) de ki, gözlərini (haram baxışlardan) yumub, övrətlərini (əxlaqsız) əməllərdən) qorusunlar...
          Beləliklə haram və qadağan olunmuş baxışlardan qorunmaq təkcə kişilərə deyil, qadın və qızlara da aiddir.
          Qadınlar da kişilər kimi gözlərini haram baxışlardan qorumalıdırlar. Çünki örpək (hicab) Allah hökmü olmaqla yanaşı bir çox ictimai və hətta fərdi pozğunluqların qarşısını alan mühüm amillərdən biri sayılır.
      4-Dar və kip libaslar geyinməyin. Çünki bu cür libasları geyinmək insanın özü və başqaları üçün də belə öz pis təsirini qoyur.
        5-Bekarçılıq və fəaliyyətsizlikdən çəkinin. Çünki adətən cinsi azğınlıqlar bekarçılıq və təklikdən irəli gəlir. Beləliklə əziz oxuculara tövsiyə olunur ki, boş vaxtlarını dəyərli və xeyirli işlərlə məşğul olmaqla doldursunlar. Məsələn faydalı və dini kitablar oxumuaq, müxtəlif xarici dillərə yiyələnmək, Qurani-kərimi oxuyub öyrənmək, istədiyiniz idman növü (futbol, valeybol, güləş, karate və s...) ilə məşğul olmaq və s...
Əlbəttə bütün bunların hamısı, gündəlik işimiz və ibadətlərdən sonra olmalıdır. Çünki halal pul qazanıb ailə dolandırmaq, İslam dininin əsas göstərişlərindən biridir.
       6-Sizi azğınlığa tərəf çəkən bütün dost-tanışlarla əlaqənizi kəsib, doğruçu, Mömin və yaxşı insanlarla dostluq rabitəsi saxlayın. Həzrət Əli (ə) buyurub: (Əsil) dost o şəxsdir ki, zülm və düşmənçilikdən çəkindirib, yaxşılıq və ehsan üçün kömək etsin.
       O həzrət (ə) başqa bir hədisdə buyurur:
      Ən pis dostun, səni batil (azğın) işlərə vadar və razı edəndir.
         7-Cinsi istəklər sizə güc gələrsə, bacardığınız qədər heç olmasa həftədə bir-iki gün oruc tutun.
        Əziz peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurur: Oruc Şeytanın üzünü qaraldır.
         8-Gündəlik yeməklərinizə diqqət yetirib, bacardığınız qədər qoz, püstə, şiriniyyat və bu kimi yeməklərdən az istifadə edin.
         9-Hər növ fikir və istəklərinizi gələcək günlər üçün (evlənəcəyiniz günlərə) saxlayın və imkan olan surətdə münasib və həyalı bir qızla ailə həyatı qurun.
            Həzrət Məhəmməd (s) buyurmuşdur:
Ailə həyatı quran şəxs dininin yarısını qoruyub saxlamışdır, onun qalan hisssəsini isə pərhizkarlıqla qoruyub saxlayın. Həmçinin bu yolda yoxsulluqdan qorxmayın. Çünki Allah-təala Qurani-kərimdə buyurur:
وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
           Yoldaşsız qadın və kişiləri, həmçinin saleh xadim və kənizləri də evləndirin. Onlar yoxsul olarsa, Allah onları öz fəzlindən ehtiyacsız edəcəkdir və Allah (ruziləri) genişləndirən və agahdır.
         10-Həmişə Allahı yad edib, heç vaxt onu unutmayın və yalnız ondan kömək diləyin. Qurani-kərimdə oxuyuruq:
الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
      Agah olun ki, yalnız Allahı yad etməklə qəlblər rahatlıq tapar.
Digər yerdə oxuyuruq:
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
        Şübhəsiz namaz (insanı) hər növ azğınlıq və pislikdən uzaqlaşdırır və şübhəsiz Allahın zikri çox böyükdür. 
      Allah-təala Quranın ayrı bir yerdində isə belə buyurur:
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا
          Allah zikrindən (Allahı yad etməkdən) üz döndərən şəxsin həyatı və yaşayışı onun üçün çətin olacaqdır.
         Bəli, insanı hər cür azğınlıqdan qoruyub əbədi səadətə çatdıran və onu hər növ pisliklərdən çəkindirən amil, namazdır.
         Ümumiyyətlə insan, həmişə öz hərəkət, istək, fikir və xəyallarını kontrol etməli və bu yolda ciddiyyət köstərməlidir.
         Ayətullah şəhid Mütəhhəri (rə) özünün «İmam Əlinin (ə) cazibə və dafiəsi»-adlı kitabında bu mühüm məsələyə toxunaraq belə yazır:
«İnsan bəzi vaxtlar, əsası cinsi ləzzətlər olan bir sıra güclü (şəhvətlər)-in təsiri altına düşür ki, bu cür güclü istəklər, ifraz və doyduqdan sonra sakitləşir...
         Lakin bu növ (istək və şəhvətlərlər) insan həyatı üçün qorxulu və dəyərsizdir. Yeganə çıxış yolu isə iffət və özünü qorumaqdır ki, insan yalnız bu yolla mənfəət əldə edə bilər.»
Əziz oxucu! Yuxarıda qeyd olunmuş məsləhət və göstərişlər, sizin üçün ən münasib kömək və çıxış yoludur. Onlara layiqincə əməl edib, bu yolda möhkəm iradəli olun və bu azğınlığı tərk edə biləcəyinizə inanın.
İnşaallah, özünüzü hər növ azğınlıqdan xilas etdikdən sonra bir daha ona mübtəla olmayasınız deyə, ehtiyatlı olun və daima Allahdan kömək diləyin. Allah isə ondan kömək diləyənlərə rədd cavabı verməz.
Gənclik həyatınızın qədrini bilib, özünüzü şirin ailə həyatı qurmağa hazırlayın. Heç vaxt naümid olmayın və həmişə ümidlə yaşayın. İnşaallah.
 
Category: Diger me'lumatlar | Baxış: 1089 | Added by: el-kafirel_kufri | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]