Bazar günü, 2024-12-22, 11:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 14 » Xeberdarliq
8:53 AM
Xeberdarliq
 
 
AMİLLƏR VƏ SƏBƏBLƏR
Bu haqda İslam dini və fəqihlərin nəzəri


Bəşəriyyətin hidayət kitabı olan Qurani-kərimdə buyurulduğu kimi cinsi ləzzətlərdən bəhrələnmək yolu yalnız halal və qanuni həyat yoldaşları ilədir. Qurani-kərimdə oxuyuruq:

فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ

(«Cinsi ləzzətdə halal qadınlardan) savayı ayrı bir yolla bəhrələnən şəxs zalım və təcavüzkardır. [Mominun suresi, aye 7]
    Beləliklə Qurani-kərimin bizə göstərdiyi yeganə yol, ailə həyatı qurmaq və qanuni yolla Allahın bizə verdiyi cinsi istəklərin təlabatını ödəməkdən ibarətdir. İndi isə bu haqda nəql olunmuş bir neçə hədis və rəvayətlərə nəzər salaq:
Əziz peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurub:
Zinakarlığın altı təsiri var. Onların üçü dünyada, üçü isə axirət aləmində olacaqdır. Dünyada olan üç təsiri bunlardır: 1)-Zinakarın abrının getməsi; 2)-ölümünün tez çatması. (Az yaşaması); 3)-Ruzisinin kəsilməsi.
Axirət aləmində olan üç təsiri isə bunlardır:
1)-Ondan ağır hesab çəkilməsi; 2)-Allahın ona qəzəb etməsi; 3)-Cəhənnəm odunda əbədi qalması;
Həzrət imam Baqir (ə) buyurub: Müsəlaman, Yəhudi, Məsihi və ya Zərdüşt dinindən olan (azad qadın və ya kənizlə) zina edən şəxs, tövbə etmədən (bu çərkin işini davam etdirərək) dünyadan gedərsə, Allah-təalanın fərmanı ilə onun qəbrinə üç yüz qapı açılacaq və hər qapıdan oddan olan böyük ilanlar, əqrəblər çıxacaq və zinakar şəxs Allahın fərmanı ilə Qiyamət gününədək odda yanacaqdır.
Həzrət imam Sadiq (ə) buyurub: Allah-təala zinanı (qeyri qanuni cinsi əlaqəni), adam öldürmək, nəsillərin itib aradan getməsi, övladlara tərbiyə verilməməsi və irsin aradan getməsi kimi fəsadlara səbəb olduğu üçün haram etmişdir.
Həzrət imam Sadiq (ə) buyurub: İki kişinin bir-biri ilə cinsi əlaqədə olmasının həramlığı zinakarlığın haram olmasından üstündür. Həqiqətən Allah-təala bu çirkin əməl üçün (Lut peyğəmbərin (ə) ümmətini) həlak etmiş, zinakarlıq üçün isə bir kəsi həlak etməmişdir.
Həzrət Məhəmməd (s) buyurub: Öz əli ilə şəhvətini xaric edən (cinsi ləzzətdən bəhrələnən) şəxs məlundur (lənətlənmişdir).
Həzrət imam Sadiqdən (ə) istimna (süni yolla özündən sperma xaric edilməsi) barəsində soruşduqda buyurdu: Bu əməl Allah-təalanın Quranda nəhy etdiyi böyük günahlardandır.
Əziz oxucu! İndi isə Şiə məzhəbinin məşhur fəqihlərindən biri, Şəhid Əvvəlin (rə), Lümətud-dəməşqiyyə kitabında cinsi azğınlıq haqqında verdiyi bir neçə hökmlərə diqqət yetirək.
Şeyx Əbu Əbdillah Şəmsəddin Məhəmməd əl-Amili Şəhid əvvəl (rə) özünün «Lumətud-dəməşqiyyə kitabının «Hüdud» fəslində yazır:
1-Öz məhrəmi ilə zina edən şəxsin, müsəlman ölkəsində yaşayaraq müsəlman qadınla zina edən kafirin və həmçinin bir qadını zorlayan şəxsin cəzası ölümdür.
2-Həddi buluğa çatmış və ağıl sahibi olan bir qızla (qadınla) zina edən evli kişinin cəzası daşqalaq olmaqdır.
Ümumiyyətlə qeyd etdiyimiz kimi, İslam dini ictimai bir dindir. Ona görədə ictimaiyyətib korlayan hər hansı bir pozğunluqla amansız mübarizə aparır, zinakarlıq və cinsi azğınlıqlara qarşı şiddətli hökmlər verir. Məsələn cinsi əlaqədə olan iki kişi bu çirkin işi bilərəkdən, həddi-buluğa çatmış halda, həmçinin dörd nəfər adil (ədalətli) şəxsin gözü qarşısında edərlərsə, hər ikisi öldürülməli, daşqalaq olunmalı və yaxud hakimin göstərişinə əsasən başqa yollarla cəzalandırılmalıdır.
Həmçinin bu haqda müasir müctehidlərin nəzəriyyələri ilə də tanışlıq yerinə düşərdi. Burada onların adları və cinsi azğınlıq barədə verdiyi fətvaları ilə tanış olaq:
1-Ayətullahil-üzma imam Xomeyni (rə).
2-Ayətullahil-üzma Əraki (rə).
3-Ayətullahil-üzma Qulpayeqani (rə).
4-Ayətullahil-üzma Xoyi (rə).
5-Ayətullahil-üzma seyyid Əli Xamenei.
6-Ayətullahil-üzma Fazil Lənkərani.
7-Ayətullahil - üzma Behcət.
8-Ayətullahil - üzma Məkarim Şirazi.
9-Ayətullahil - üzma Safi Qulpayeqani.
10-Ayətullahil - üzma Cavad Təbrizi
11-Ayətullahil - üzma Hüseyni Sistani.
12-Ayətullahil - üzma Salehi Mazandərani.
Adlarını sadaladığımız müctehidlər hamılıqla belə bir fətva vermişlər:
«Subaylıq ucbatından günaha düşən hər bir şəxsin evlənməsi vacibdir.»
Bu da müqəddəs İslam dininin insanın fərdi və ictimai həyatına verdiyi xüsusi əhəmiyyəti çatdırır. Sair din və məzhəblər isə belə deyildir. Çox təəssüflər olsun ki, qərb aləmi bu qədər rusvayçılıqdan sonra, yenə də özünü və öz mədəniyyətini bəşəriyyət səadəti üçün yeganə yol adlandırır və bəzi müsəlman ölkələri də bu iddiaya uyub qərbin «mədəni yürüşlər»-i qarşısında susurlar.
Category: Diger me'lumatlar | Baxış: 923 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 2
0  
2 el-kafirel_kufri   (2010-01-14 4:27 PM) [Daxil et]
Sabir Yeqin dini cehetden mominun kimle evlenmesini deyir. smile

0  
1 Fussilət   (2010-01-14 10:16 AM) [Daxil et]
Sabir aleykum salam. Gozel suardir biggrin Eger mumkunse bunu gozel suretde qeyd edin sayta vuraq. Olarmi?

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]