Bazar günü, 2024-12-22, 11:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Yanvar » 8 » Xeberdarliq
7:03 PM
Xeberdarliq
 
 
AMİLLƏR VƏ SƏBƏBLƏR


       Əsasən gənclər və yeniyetmələrin cinsi azğınlığının başlıca səbəbləri aşağıdakılardan ibarətdir:
1-Düzgün tərbiyənin olmaması və imanın zəifliyi; Bir çox validenlərin gümanınca, onların öz övladları üzərində olan vəzifəsi, yalnız yemək, geyim və sağlamlıqlarını qorumasından ibarətdir. Bu isə yalnış bir fikirdir. Valideynlər bunlardan əlavə, övladlarının tərbiyəsinə də diqqət yetirməli və onlara düzgün tərbiyə verməlidirlər;
          Əxlaqsız televizor, video verlişləri və şəkillərə tamaşa etmə Ev mühitinin və yaxud ictimai mühitin korlanması; Valideynlərin ailə məsələlərində dinin göstərişlərinə riayət etməməsi; Yəni onların cinsi məsələlərdə ehtiyatsızlıq etməsi və s...
        Həzrət imam Sadiqin (ə) buyurduğuna əsasən, ata uşaq olan otaqda öz həyat yoldaşı ilə cinsi əlaqədə olmamalıdır.
Məlum olduğu kimi, belə bir səhnəni müşahidə edən körpə, heç vaxt cinsi azğınlıqdan amanda qala bilməz. Bu isə valideynlərin nə qədər ağır vəzifə daşıdığını göstərir.
5-Əxlaqsız və pis adamlarla dostluq etmək;
6-Azğınlaşmış şəxslərin cinsi məsələlər haqqında söhbətlərinə qulaq asmaq;
7-Təklikdə cinsi ləzzətlər haqqında fikirləşmək və xəyalllara danmaq;
8-Haram baxışlar;
9-Bekarçılıq və vaxtı boş keçirmək;
10-Yalançı və məcazi eşqbazlıq etmək;
11-Valideynlərin öz övladlar- ına qarşı laqeydliyi;
          Hörmətli valideynlər bilməlidir ki, gənclərin mübtəla olduğu cinsi azğınlıqların mühüm bir hissəsi də onların öhdəsinə düşür.
Həzrət Məhəmməd (s) buyurur: İmkanı olan halda boya-başa çatmış övladını evləndirməyən (valideynin) övladı günaha düşərsə, bu günah onların hər ikisi (övlad və valideyn) üçün yazılar.
         Başqa sözlə, yetginliyə çatmış gənc, yetişmiş meyvəyə bənzədilmişdir ki, belə bir meyvə dərilməsə, günəş altında qalaraq xarab olub çürüdüyü kimi, evlənməyən gənc də azğınlığa düşüb, həyatını korlamış olar.
          Hörmətli oxucu! Gördüyünüz kimi sadaladığımız mətləblər insanın fərdi və ictimai həyatında baş verən cinsi azğınlığların başlıca amilləridir ki, bunların hamısı müqəddəs islam dini tərəfindən valideynlərə təkidlə sifariş olunmuşdur.
           Bildiyiniz kimi İslam dini ictimai bir din olduğu üçün ictimaiyyətdə hər növ fəsad və xarabkarlıqla ciddi mübarizə aparır. Cinsi azğınlıq da öz növbəsində insanın fərdi və ictimai həyatı üçün ən böyük fəsad və xarabkarlıq amilidir. Elə buna görə də əziz peyğəmbərimiz həzrət                      
       Məhəmməd (s) buyurmuşdur:
«Ümmətim üçün iki şeydən qorxuram: Onlardan biri qarın, digəri isə övrətdir». Çünki ümmət bu iki şeyin vasitəsi ilə zülm, fəsad və bu kimi azğın işlərə mürtəkib ola bilər.
Category: Diger me'lumatlar | Baxış: 987 | Added by: el-kafirel_kufri | Rating: 2.0/1
Total comments: 1
0  
1 anar-18d   (2010-01-11 1:18 PM) [Daxil et]
GOZEL MOVZUYA GORE TESHEKKUR EDIRIK!

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]