Bazar günü, 2024-12-08, 6:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 4 » XANIM ZƏHRA (S)-NIN İSMƏTİ
12:48 PM
XANIM ZƏHRA (S)-NIN İSMƏTİ
XANIM ZƏHRA (S)-NIN İSMƏTİ
 
Qur’ani Kərim xanım Fatimeyi Zəhra (s)-nın ismətinin sənədidir.

İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin dəvəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, möminlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Qur’an ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi (s) bu zümrədən bilir. «Məryəm» surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». (Təhrim surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur» (Ali-imran surəsi, ayə 42).

Qur’ani-məcid qadınlar arasında Fatiməni mə’sum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey (peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir».(Əhzab surəsi, ayə 33.) Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.

Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə hətta xalq arasında Əhli-beytdən hesab edilənlər də bu məqamda deyillər. Ayə Əli (ə), Fatimə (s) və onların övladlarına şamil edilir.
azadxeber.az

Category: Exlaq | Baxış: 1004 | Added by: Ənfal | Rating: 1.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]