Bazar günü, 2024-12-22, 11:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 21 » Xətlərin qənimi
8:35 AM
Xətlərin qənimi

Xətlərin qənimi

Nəsx xətti (lüğəti mənası-"üzünü köçürmək","ləvğ etmək","Şəklini əymək")

XII  kufi xətti təkminləşdirildikdən sonra ibn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xətti sıradan çıxarıldığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə  nəxs özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçülürləməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən istifadə olunur - yaquti nəsx və İrani nəsx.

    * Yaquti nəsx hicri tarixində 698-ci ildə vəfat etmiş ustad Yaqut Mustəməsi tərəfindən ixtira olunaraq təkminləşdirilmişdir.

    * İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən yaradılaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.

    Nəsx xətti əslində, özündən bir qədər dəqiq yazılışa malik olan Süls xəttindən götürülmüşdür. Lakin ona belə bir ad yarandığı zamandan digər xəttlərin aradan qaldırıldığı üçün verilmişdir. belə ki, nəsx xətti qədər bütün yazılar ya küfi, ya da süls xətti ilə yazılırdı.

Nəsx xəttinin xüsusiyyətləri

   Süls və kufi xətlərindən fərqli olaraq nəsx xəttində hərflər eyni ölçü və istiqamətdə yazılır ki, bu da xəttin asanlığına səbəb olur. Nəsx xətti sadə olduğundan onun oxunuş və yazılışında çox az  səhvə yol verilir. ərəb dilində xas olan hərəkələr (saitlər) nəsx xətti daha gözəl yaraşıq verir. Hal-hazırda İslam ölkələrində nəsx xəttindən Quran və dərsliklərin çapında istifadə olunur.

Nəsx xəttinin növləri:

1. Qədim nəsx xətti (Hicaz nəsxi)

2. Nəsx Əl-fəzah

3. Nəsxul-hədis

4. İrani nəsx (neyrizi nəsxi)

5. Osman nəsxi (yaquti və ya türk nəsxi)

6. bağdad nəsxi (ərəb nəsxi)

7. Çap nəsxi


Category: Diger me'lumatlar | Baxış: 864 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]