Cümə axşamı, 2024-12-26, 4:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 9 » Allahın elçisi (10)
8:42 AM
Allahın elçisi (10)
XƏDİCƏNİN ELÇİLİYİ
Növcavanlıq dövrü ötüşmüş, cvanlıq dövrü də aram-aram vidalaşmaqda idi. Həzrət Peyğəmbər (s) iyirmi beş yaşında idi. Mömin və varlı qadın Xədicə (ərəbi)-dan on beş il qabaq anadan olmuşdu və həmin vaxtadək iki dəfə – ətiq ibni Aiddə və əbu Halədə ərdə olmuşdu. Hazırda isə ərsiz bir qadın idi. O, Şam və başqa yerlərə ticarət üçün admlar göndərirdi. Bir dəfə də bu iş həzrət Məhəmmədə (s) tapşırılır. O, bu ticarət səfəindən böyük qazancla qayıdır. Elə əvvəllər də öz sədaqəti ilə tanınan Məhəmmədin (s) bu səfərdən sonra xüsusi ilə Xədicə üçün düzlüyü və ayıqlığı aşkar oldu. Ərəb böyükləri ilə izdivaca razılıq verməyən Xədicə özü evlənmək təklifi ilə Məhəmmədə (s) müraciət etdi. Peyğəmbərin (s) digər bir buyruğuna görə əmmar Yasərlə Səfa və Mərva arasından keçərkən Xədicə və bacısı Halə ilə rastlaşırlar. Halə əmmara yanaşıb, «Məhəmməd Xədicə ilə evlənmək istəmirmi» -deyə soruşur. Əmmar bu barədə Peyğəmbərdən (s) soruşanda o, buyurdu: «Bu sualın cavabı sabaha qalsın». Deyilən gün həzrət (s) öz əmisi Əbu Talib ilə Xədicəyə elçiliyə gedir. Bu mərasimdə Əbu Talib belə deyir: «Həmd olsun Allaha ki, bizi İbrahim nəslindən qərar verib və hərəmi bizim üçün əmn edib (tapşırıb) və bizi cəmiyyətə rəhbər təyin edib. Mənim qardaşım oğlu Məhəmmədin dünya malından sərvəti az olsa da, kamal və əxlaq baxımından kimsə onunla müqayisə edilə bilməz. O, Xədicə ilə evlənmək istəyir. Əlbəttə ki, Xədicənin də bu işə meyli olsa. Onun mehriyyəsinin bir qədərini öz malımdan verirəm». Elçilik və əqd mərasimi bu şəkildə keçdi.
XƏDİCƏ
Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bihar» 16-cı cild). (Amma Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur: «Allah dörd qadını seçmişdir: Məryəm, Asya, Xədicə və Fatimə» («Bihar» 15-ci cild). Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk şəxsdir. Əlidən (ə) belə nəql olunub: «İlk islam olmuş evdə cəmi üç nəfər vardı: Peyğəmbər (s), Xədicə, üçüncü isə mən». Həzrət Peyğəmbərdən (s) bu xanım haqqında belə nəql olunub:«Xədicə kimisi harada tapılar. O, mənim risalətimi elə bir vaxt təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik edirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə (s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər övladları bu böyük qadından olmuşdur. Xədicə besətin onuncu ili Məkkədə 65 yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-məlai» qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.
Ardı var...
Müəllif: Həbibullah Əhmədi   

Category: Exlaq | Baxış: 858 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]