Əsas səhifə » 2010 Avqust 25 » Vaxtın dəyəri
11:30 AM Vaxtın dəyəri | |
![]() ![]() İstədiyimizi ana bətninde müəyyən bir müddət (adətən doqquz ay, saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doqurub) çəxarırıq. Sonra yetkinlik cagında (30-40 yaşlarına) yetişəsəniz deyə (izi böyüdərik). Kiminiz (bu həddə calmamış) vəfat edər, kiminizdə ömrün elə bir rəzil (ən ixtiyar)çagına catdırırlar ki,vaxtilə bildiyini (təmamilə unudub körpə uşaq kimi bilməz olar) ("Həcc" surəsi, ayə 5).
İnsan həyatı müəyyən zaman cərcivəsində başlayıb elə həmin çərçivədə də sona catır. Kimisi ondan ən kamil həddə istifadə edib Allahın razılıgını qazanır, kimisi də ömür-gününü boş və əyləncəli işlərə sərf edib dünyanın günah adlı bataglıgında mənən məhv olur.
![]() Vaxtın qiyməti.
Hər səhər bank hesabımıza 86, 400 dollar yatırıldıgını, necə olur-olsun onu xərcləməli oldugunuzu, xərcləyə bilmədikdə isə hesabınızın baglanacagını təsəvvürnüzə gətirin. Belə bir şəraitdə nə edəcəksiniz? Təbii ki, son qəpiyinə qədər xərcləyərdiniz!!! Bir qədər diqqət yetirsəniz, hər birimizə hər gün belə bir sərmayənin verildiyinin şahidi olarsınız. Bu, adı zamandır.
Hər səhər hesabımıza 86, 400 saniyə yatırılır. Hər axşam isə yaxşı məqsədlərə sərh etmədiyimiz zamanın qalıgı hesabımızdan silinib zərərinə yazılır. Ertəsi gün hesabınıza eyni sərmayə yatırılır. Beləcə bu iş hər gün təkrar olunur. Gündəlik depozitinizi meqsədyönlü sərf etmədikdə hesabınıza elə hey zərər vurmuş olursunuz. Nə geriyə dönüş var, nə də avans! Bu günü bugünkü depozitlə yaşamalısınız. Ona sərmayə yatırmalısınız ki, sizə Allaha yaxınlıq, saglıq, asayiş və firavanlıq bəxş etsin. Zaman xəbərdarlıq etmədən axıb getməkdədir., sabahınızı düşünüb dünənizinizə nəzər salın. Nələri əldə edib, nələr itirdiniz?
![]() | |
|
Total comments: 0 | |