Bazar günü, 2024-12-22, 10:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 6 » Valideyn haqqı
7:33 AM
Valideyn haqqı
Bəşər övladının Allaha haqqı ilə yanaşı, öhdəsindən belə gəlmədiyi haqlardan biri də valideyn haqqıdır. Allah bəşər övladına " Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına  dolarsa, onlara "Uf" belədemə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" ("İsra" surəsi, ayə 23) əmr edir.

O isə illərlə yuxusuna haram qatmış anasını, alın təri ilə onu böyütmüş atasını qocalar evinə qoyur, sanki yoxmuş kimi, onlardan üz çevirir., biganə qalır. Heyvanlarla dil tapan, onları əhəlləşdirən insan görəsən, nə üçün onu dünyaya gətirən valideynləri ilə dil tapa bilmir?! Mənzilində hər növ dekorasiyaya yer alan övlad nə üçün itaət etməsi Allah qədər vacib olan ata-anasını evində cəmi iki kvadratmetr yer tapa bilmir?! Budurmu sivil insan həyat tərzi?

Category: Diger me'lumatlar | Baxış: 1042 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]