Bazar günü, 2024-12-22, 10:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 14 » "Valentin günü" və həqiqətlər..
8:14 PM
"Valentin günü" və həqiqətlər..
‎"Valentin günü" və həqiqətlər...



Məlum olduğu kimi, Müqəddəs Valentin - "Sevgililər günü”nün tarixi kökləri qədim Roma imperiyasına - b.e.ə. IV əsrdə Romada qeyd olunan çobanların tanrısı Faur Luperk bayramına, digər bir ifadə ilə Qurd Bayramına gedib çıxır. 

Hər il fevral ayının 14 – də gənc romalılar tanrı Qurdun yaşadığı güman edilən bir mağaranın qarşısında toplanardılar. Mağaranın yaxınlığında küpün içərisində qız adları yazılmış kiçik lövhələr olurdu. Gənc oğlanlar həmin küpdən hansı qızın adı olan lövhəni çəksə, həmin qızla növbəti ilin fevral ayının 14-dək istənilən formada "intim” həyat yaşayırdılar. Bu zaman cəmiyyət də buna öz "müsbət” münasibətini bildirirdi.

Romalı gənclər uzun müddət 2000 illik bu ənənəni böyük şövqlə davam etdirdilər. Ancaq çoban tanrısı Faur Luperk bayramı heç də xristian din xadimlərinin xoşuna gəlmirdi. Buna görə, Roma kilsəsi rəsmi şəxslərə müraciət edərək onların cəzalandırılmalarını tələb edir. Bu zaman Romanı öz sərt qanunları ilə imperator II Klavdi idarə edirdi. Onun üçün ən böyük problem ordusunda əsgər çatışmazlığı idi. O, bunun ən böyük səbəbini romalı gənclərin öz sevgi həyatlarını və ailələrini tərk etmək istəməməsində görürdü. Bu səbəbdən II Klavdi Romadakı bütün evlilikləri və nişan mərasimlərini ləğv etdi. II Klavdinin hakimiyyəti zamanı yaşayan rahib Valentin isə gizli şəkildə digər rahib Marius ilə birlikdə gəncləri evləndirməyə davam edirdi. Nəticədə bir müddət sonra bundan xəbər tutan Klavdi Valentini həbs edir və döyülərək öldürülməsini əmr edir. Bu, bizim eranıın 270-ci ildə baş vermişdi. Bu hadisədən 226 il sonra, yəni 496-cı ildə Papa Qelasi Valentini təltif etmək üçün həmin günə dini libas geyindirilərək Valentinin öldürüldüyü fevralın 14-cü gününü "Müqəddəs Valentin günü” elan edir.

İllər ötdükcə 14 fevral aşiq olan insanların bir-birilərinə sevgi mesajları göndərdiyi bir günə çevrilir. Bununla paralel olaraq Valentin də bütün sevənlərin qoruyucu müqəddəsinə çevrilərək bu şəkildə xatırlanmağa başlayır.

Sevgililər günü XIX əsrdən sonra Amerikada Ester Hovlandın ilk sevgililər günü açıqcasını yollamasından etibarən günümüzdə daha çox insanın qeyd etdiyi ictimai bir hadisəyə çevrilir. Eyni zamanda Romadakı bütpərəstlər öz tanrıları üçün fevralın 14–ü bayram kimi qeyd edirdilər. 14 fevral bütün Roma əhalisi üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki bu gündə Roma tanrı və tanrıçasının kraliçası olan Yunoya nümayiş etdirilən hörmət səbəbi ilə tətil günü elan edilmişdi. Bununla yanaşı, Yuno həm də qadınlıq və evlilik tanrısı da idi. 

Qeyd edək ki, burada qısa şəkildə nəzər saldığımız Sevgililər günü "bayramının” islam tarixi ilə heç bir əlaqəsi yoxdur və bu mərasim sırf olaraq bütpərəst və xristianlara məxsusdur. Qədim Roma əhalisi açıq şəkildə yol verdiyi fahişəliyə qanuni don geyindirmiş və bu günün xatirəsi "sevgililər” günü kimi dövrümüzə qədər yaşadılmışdır. Biz Allahın Quranda hər şeydən qabaq əxlaq mücəssəməsi kimi tərif etdiyi Peyğəmbərin (s) ümməti olsaq da, çox təəssüf ki, Valentin gününü qeyd etməklə dinimizin əxlaq prinsiplərinə laqeyd münasibət bəsləyir, İslam dinində və peyğəmbərimizin həyatında əsla yeri olmayan bir günü mənimsəyib onu özümüzünküləşdirməyə çalışır, qədim tarixi olan bu əxlaqsızlığın fərqinə varmadan yayılmasına şərait yaradırıq.

Sonda peyğəmbərimizin (s) bir hədisini xatırlatmaq istəyirik: "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardandır!”. /Azerimuslims.com/


islam-azeri.az
Category: Diger me'lumatlar | Baxış: 878 | Added by: Ənfal | Rating: 5.0/3
Total comments: 1
+1  
1 Narxanım   (2011-02-15 1:26 PM) [Daxil et]
Allah razı olsun sizdən İnşallah.Qeyd etməyin əlehinə olsam da tarixini bilmirdim. Məlumat üçün sağ olun.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]