Bazar günü, 2024-12-22, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 12 » Vətən xainləri kimlərdir ?
6:43 PM
Vətən xainləri kimlərdir ?
"Xalqı sevənlər" oxumasın!  
"Vətəni sevirəm" iddiasında olan vətəndaşlardan biri mənə belə deyirdi: "Siz din xadimləri xalqın düşməni və vətən xəyanətkarısınız”.

"Buna sübutun nədir?” - deyə ondan soruşdum. Verdiyi cavab bu oldu: "Çünki siz ruhanilər camaatı deyib-gülməkdən, çalıb-oynamaqdan çəkindirirsiniz, cəmiyyəti yalnız ağlamağa, yasa batmağa sövq edirsiniz”. Ona dedim ki, mən indiyə qədər kimisə bu işə sövq etməmişəm, bundan əlavə, tanıdığım bütün din xadimlərinin də, kimisə ağlamağa sövq etdiklərini görməmişəm və bu dediyini də din düşmənlərinin ruhanilərin adına çıxartdığı uydurmadan başqa bir şey sanmıram. Sənə də məsləhət görürəm ki, belələrinin tələlərinə düşməmək üçün onlardan uzaq gəzəsən.
 Amma xalqımıza gəlincə, onları indiyədək ağlamağa sövq etməməyimə baxmayaraq, indi sövq edirəm. İndi sövq edirəm deməm bəlkə də düz deyil, daha doğrusu onların başına gələnlərdən bir az onlara danışıram, bundan sonra ağlayıb-ağlamamağı özlərinin öhdələrinə buraxıram və kimdənsə istəmirəm aşağıda yazacağım hadisələrdən ötrü ağlasın. Amma bu hadisələri özünü "Xalqı sevirik" adlandıranlara oxumağı məsləhət bilmirəm. Çünki onlar bunu oxusalar, qəflət yuxusundan ayılıb, özlərinə bu adı qoymaqda yanıldıqlarını görə bilərlər. Onu da deyim ki, bunları özümdən yazmıram. Yazacağım faktlar Aygün Həsənoğlunun 2007-ci ildə çap etdirdiyi "Erməni sindromu” kitabına əsaslanır. Kitabda olan faktlar, erməni dığalarının Azərbaycan xalqının, xüsusən də qız-gəlinlərin, ana-bacıların başına gətirdiyi olmazın müsibətlərdən danışır. Misal üçün, bir neçə faktı oradan götürüb siz əziz oxucuların nəzərinə çatdırır və söhbətimə davam edirəm. Buyurun oxuyun:
O hadisələrin canlı şahidi olan bir xanım belə deyir: "Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüyərək apardılar...”
20 yaşlı bir qızın dediklərindən: "Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdılar, saçlarımızdan tutub sürüyürdülər.
Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.
Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə mənə təcavüz etdilər.
Damarıma iynə vurdular, özümdə deyildim, növbə ilə mənə təcavüz edirdilər, sonra itlə əlaqəyə girməyə məcbur etdilər.
Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.
Xankəndində uşaq bağçasında 12-13 yaşlarındakı qızlara, mənə təcavüz edirdilər. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.
Bir qızı soyundurub çılpaq halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.
200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.
Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar....
Bəli, əziz oxucular, bunu oxuyanda bilmirəm nə hisslər yaşadınız, amma vətənin qeyrətini çəkən hər bir vətəndaş bunu oxuyanda ən azından qəhərdən boğazı tutulur. "Vətəni Sevənlər" isə hələ vətənin və cəmiyyətin düşmənlərini din xadimləri bilir və min cür adlarla onları ittiham edirlər. Ay qeyrətli "Vətənini Sevən" vətəndaşım, indi özün dəyərləndir! Vətəndaşlarının başına bu oyunlar gətirilən xalqın oynamağa, rəqs etməyə, deyib-gülməyə haqqı varmı?! Əgər desən ki, bəli, qızlarımız qarşımızda rəqs edib bizi əyləndirir, bunun heç bir eybi yoxdur, onda xalq və vətən düşməni özünsən, boş yerə din xadimlərinə böhtan atma! Üstəlik, bəzi "vətən sevən qeyrətli kişilərimiz" də var ki, xanımların iffətini əllərindən alaraq bunu İslam atributlarına toxunmaq qəsdi deyil, əksinə, dinin xeyrinə olan bir addım kimi dəyərləndirirlər. Əslində özləri də bilmədən kiminsə fitnəsinə uyaraq qəflət yuxusunda yatıb, yaxud da məqamlarını və pullarını əldən verməmək üçün belə bir cinayətə yol verirlər. Allah sənə rəhmət eləsin, ay "Sabir baba", elə bil bizim bu günümüzü görürmüş kimi, şeirlərinlə bizim dərdimizə şərik olmusan:
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!...
Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrəti-milliyyəmizi atmarıq,
Əhlimizi başqalara satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Bu yazıdan ötrü "Xalqı sevənlər" və xalqın xidmətindəyik deyənlər məndən inciməsin. Mən də bu xalqın bir oğlu kimi bu yazını yazmağı özümə bir vəzifə bildim. Axı hər kəs öz Allahına itaət edir və mən sizdən mənim Allahıma ibadət etmənizi istəsəm də, heç vaxt etməzsiniz. Həmçinin siz məni öldürsəniz də, mən sizin allahınıza ibadət edən deyiləm. Bunu da özümdən demədim, bunu Allah deyir öz müqəddəs kitabında. İnanmırsan oxu:
Bismillahir–Rəhmanir-Rəhim!
1. De: Ey kafirlər!
2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6. Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
Həqiqətən də, Uca Allah doğru söylədi

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 

Zeka.az


Category: Diger me'lumatlar | Baxış: 920 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]