Bazar günü, 2024-12-22, 11:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 29 » Vəhy katibləri
4:07 AM
Vəhy katibləri

Vəhy katibləri Quranın yazılışı Peyğəmbərin (s.ə.s) dövründən başlanır. Yazıb-oxumağı bacaran şəxslərinin sayı az olduğundan Peyğəmbər (s.ə.s) nazil olan ayələri yazdırmaqla yanaşı, onların əzbərlənməsinə də xüsusi diqqət yetirərdi.

 O dövrdə kağız sənayesi inkişaf etmədiyindən katiblər Quran ayələrini dəri, sümük, gil, daş, yaxud xurma ağacanın qabığına yazardılar. Peyğəmbər (s.ə.s) ayələrin düzgün yazıldığına əmin olmaq üçün yazdırdıqdan sonra onları dəfələrlə oxutdurardı. Quran katiblərinin sayı barədə müxtəlif rəqəmlər göstərilir (10-45). Bunun iki əsas səbəbi var.
1. Katiblərdən bəziləri bir müddət vəhy katibi olmuş, sonra ya Peyğəmbərin (s.ə.s) özü tərəfindən öz vəzifədən kənarlaşdırılmış, ya da döyüşlərdə şəhid olmuşlar.
 2. Katiblərdən bəziləri vəhy katibləri deyil, çəktub katibləri olmuşlar. Lakin tarixçilər onları yalnış olaraq vəhy katiblərinin sırasına daxil etmiş və bu yolla onlar vəhy katibləri kimi tanınmışlar.
 Osman ibn Əfvanın süd qardaşı Abdulla ibn Səd Əbissərh gözəl xəttə yiyələnmiş və bir müddət Quran katibi olduqdan sonra mürtəd olduğundan (dinindən uzaqlaşdığından) bu vəzifədən kənarlaşdırılmışdır. "Ənam" surəsinin 93-cü ayəsi də məhz onun barəsində nazil olur.
Əli ibn Əbi talib (ə), Osman ibn Əfvan və Ubəy ibn Kəb kimi qabaqcıl səhabələr Quranın daimi katibləri olmuşlar.


Category: Diger me'lumatlar | Baxış: 922 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]