Bazar günü, 2024-12-22, 10:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 12 » VƏHHABİLƏRİN CİNAYƏTLƏRİ
7:33 AM
VƏHHABİLƏRİN CİNAYƏTLƏRİ
 
HHABİLƏRİN CİNAYƏTLƏRİ

İLK CİNAYƏT

1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.
 Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (əleyhissalam)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər.
Sürətlə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər.
Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi.
Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, arvad-uşağa rəhm etmirdilər Camaatın evlərinə soxulub qadınların cəvahiratını, mənzil avadanlıqlarını qarət edirdilər.
Vəhşiləşmiş vəhhabilər monqollar kimi qarət olunmuş əşyalarla birlikdə Kərbəladan çıxanda şəhərdə cəsədlərdən ibarət bir təpə, qandan axan bir arx, qəm-qüssədən ibarət bir dağ, yetimlərin, uşaqların və qadınların göz-yaşı, nalə və şivənindən ibarət bir dərya qoymuşdular.
Cinayətkar vəhhabilərin bu aşkar vəhşiliklərinin qurbanı 50 min nəfər oldu.
(Əlavə məlumat əldə etmək üçün Doktor Əbdül Cavad əl-Kidarın "Kərbəla tarixi” və İngilis yazıçısı Mister Setifon Həmislinin "Ərbəətü qürunin min tarixil-İraq” kitabına müraciət edə bilərsiniz.)
 
Category: Tarix | Baxış: 957 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]