Bazar günü, 2024-12-22, 2:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 7 » ÜZEYİR YÜZ İL ÖLDÜ
6:35 AM
ÜZEYİR YÜZ İL ÖLDÜ
 
"Bəqərə” surəsində Allah-Taala Üzeyirin dastanını buyurur. Bu ayələrin nazil olma səbəbi və təfsirinin xülasəsi budur ki, Bəni-israil peyğəmbərlərindən olub, Tövratı tamam əzbər bilən Üzeyir Beytül-Müqəddəsdə yəhudilərin müəllimi və rəhbəri idi. Bir vaxt ulaqla səfərə çıxdı. Yeməyə çörək və üzümü vardı. Neçə illər əvvəl əhalisi həlak olmuş bir kəndə çatdı. Burada adamların çürümüş sümüklərindən savayı bir şey qalmamışdı. Sümüklərə baxan Üzeyir təəccüblə dedi: "Allah bu çürüyüb dağılmış sümükləri ikinci dəfə necə dirildir?” (Üzeyir bu sözləri təəccübdən deyirdi, Qiyaməti inkar etmək fikrində deyildi.)
Allah-Taala Qiyamətin onun üçün təəccüblü və böyük, amma Allah üçün əhəmiyyətsiz, sadə olduğunu hiss ilə anlatmaq üçün, elə oradaca Üzeyiri öldürdü. Üzeyir yüz il həmin halda qaldı. Ulağının sümükləri də çürüdü. Təəccüblüdür ki, üzüm çox zərif də olsa, təravətli qaldı.
Yüz il sonra Allah Üzeyiri diriltdi. İnsan surətli mələk ondan soruşdu: Buraya nə vaxtdır gəlmisən? Üzeyir dedi: Bir gün, yaxud bir gündən də az. Mələk dedi: Sən yüz ildir ki, burada qalmısan. Üzeyir ulağına nəzər salıb, onun sümüklərinin çürüdüyünü gördü. Mələk dedi: Ulağına bax, gör Allah nə edir. Üzeyir gördü ki, ulağın bədəninin üzvləri, zərrələri bir dəfəyə hərəkətə gəlib bir-birinə yapışdılar. Baş, ayaq, göz, qulaq və qeyriləri bir dəfəyə birləşərək ulaq düzəldi və hərəkət etdi. Sonra əlavə etdi: Üzeyir, üzümə bax, o xarab olmayıb, Allahın qüdrətini müşahidə et. Bil ki, O, hər şeyə qadirdir.
Üzeyir Beytül-Müqəddəsə qayıtdı, vəziyyəti dəyişmiş gördü. Tanıdığı adamlarla rastlaşmadı. Nişanələrlə mənzilini tapıb, qapını döydü. İçəridən səs eşidildi ki, sən kimsən? Dedi: Mən Üzeyirəm. Dedilər: Zarafat edirsənmi, yüz ildir ki, Üzeyrdən bir xəbər yoxdur, səndə onun əlaməti varmı? (Üzeyirin duaları qəbul olunardı.) Mən sənin xalanam, gözlərim kordur, Allahdan istə ki, gözlərimi mənə qaytarsın. Üzeyir dua etdi. Xalasının gözləri açıldı. Hadisəni danışdı, özü və başqaları üçün ibrət oldu.
Category: Diger me'lumatlar | Baxış: 758 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]