Şənbə günü, 2024-12-21, 9:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 24 » Uşaqlar məscidə gedə bilərlərmi?
7:28 PM
Uşaqlar məscidə gedə bilərlərmi?

 İslam dininin uşaqların məscidə getmə məsələsinə dair baxışları necədir?


Bu mövzu barədə mövcud olan hədis və rəvayətlərə nəzər saldıqda iki fərqli cavabla qarşılaşırıq:
1. Uşaqların məscidə girişini məkruh (namünasib) bilən hədislər.
2. Uşaqların məsciddə olmalarına icazə verən və təşviqləndirici hədislər.
Uşaqların məscidə girişini məkruh bilən hədislərə göz gəzdirdikdə belə kəlmələrlə rastlaşırıq:
"جنبوامساجدكم‌ مجانينكم‌ وصبيانكم‌”

Lakin bu hədislərin müqabilində dini qaynaqlarımızda Peyğəmbərin (s) və onun səhabələrinin öz balalarını məscidə apardıqlarına dair mövcud olan hədislərin şahidi oluruq. Həmin hədislərə əsasən nəinki 3-4 yaşlı uşaqlar, hətta xanım səhabələr öz südəmər körpələri ilə camaat namazlarında iştirak ediblər. Peyğəmbərin (s) belə bir işə etiraz etməsinə və ya bu işi gördüklərinə görə valideynləri danlamasına dair heç bir hədis və ya rəvayət mövcud deyil. Əksinə, Həzrətdə (s) onun təşviq və razılığından xəbər verən əksül-əməllər müşahidə olunub:
1) Bir gün Allahın Rəsulu (s) camaatla namaz qıldığı halda son iki rəkəti tələsik bitirdi. Namaz bitdikdən sonra camaat bunun səbəbini Həzrətdən (s) soruşdular. Allahın Rəsulu (s) onlara belə cavab verdi: "Uşağın ağladığını eşitmədinizmi? Anasına çətinlik yaranmasını istəmədiyimdəm namazı tələsik başa vurdum. (Buxari, "Səhih”, c. 1, səh 1397. Bəlaği, "Rəhmət Peyğəmbəri”, səh: 23)
2) Bəzən Peyğəmbər (s) səcdə halında olanda Həzrət Həsən (s) gəlib Peyğəmbərin (s) kürəyinə qalxardı. Peyğəmbər (s) o halda qalardı və səcdəni uzadardı. (Şərif Qərşi, Həsən ibn Əlinin (ə) həyatı, c.1, səh 68)
Əslində qeyd edilmiş hədis və rəvayətlər heç də ziddiyyət təşkil etmir. Uşaqların məscidə getməsini məkruh bilən hədislərdə hədsiz dəcəlliyi, şuluqluğu, divanəliyi olan və həmçinin təharətində arxayınlıq olmayan (məscid və məsciddəkilərin kirlənməməsi üçün) uşaqlar nəzərdə tutulub.
Uşaqların məscid və dini məclislər əhli olmasını istəyən valideynlər onları uşaqlıqdan məscidlərə və dini yığıncaqlara aparmalıdırlar ki, uşaq da buna öyrəşsin və sonralar özü rəğbətlə oralara getsin. Uşaqlıqda məscid və dini məclislərə aparılmayan adamlar sonralar belə məclislərlə o qədər də maraqlanmazlar.
Ayətullah Şəhid Mutəhhəri "Ta-ha” surəsinin 55-ci ayəsinin şərhində belə buyurub: "Uşaqlar namaza kiçik yaşlarından öyrəşdirilməlidirlər. Uşaq namaza təşviqləndirici mühitlərə aparılmalıdır. Təcrübə göstərmişdir ki, əgər uşaq məscidə getməsə, camaatla birgə olmasa, birlikdə namaz qılmağı görməsə, bu işə həvəslənməz. Yetkin insan belə, özünü ibadət əhlinin arasında görəndə onda ibadət əhvalı daha çox yaranır, o ki, qaldı daha çox təsirə məruz qalan kiçik uşaq...” 
Digər tərəfdən də, incə bir nöqtəyə nəzər yetirilməlidir ki, uşağın məsciddən məhrum olunması, anasının məsciddən uzaq düşməsi ilə sıx bağlıdır. Adətən, övladlarının qayğısına qalmaqda və tərbiyəsində məsuliyyət daşıyan analar illərlə evdə oturmağa və İlahi məscidlərdən məhrum olmağa məcbur qalırlar. Belə ki, 3 uşağı olan ana ən azı 10-12 il mənəvi yığıncaqlarda iştirak etməməlidir.


Halbuki, anaların da mənəvi qidaya haqqı var.
Nəticə olaraq bunu qeyd etmək istəyirik ki, uşaqların şuluq salması, dəcəlliyi bir qədər asayişi poza bilər. Lakin gələcəkdə məscid əhli olma baxımından, uşağın adət etməsinə qədər dözülməlidir. Bundan əlavə məscidlərdə uşaq əhval-ruhiyyəsinə münasib olacaq yerlərin olması da bu problemin həlli yolu ola bilər.



Category: Bezi meslehetler | Baxış: 1612 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]