Bazar günü, 2024-12-22, 10:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyul » 12 » Uşağın cİnsİyyətİ kİşİdən asılıdır
4:15 AM
Uşağın cİnsİyyətİ kİşİdən asılıdır
 
Uşağın cİnsİyyətİ kİşİdən asılıdır 
 

Yaxın vaxtlara qədər insanlar hesab edirdilər ki, uşağın cinsiyyəti anadan asılıdır. Ancaq Müqədəs Quran bu məsələni hələ 14 əsr əvvəl fərqli şəkildə izah edirdi. Belə ki, uşağın qız və ya oğlan olması "bətnə tökülən nütfədən” asılıdır: "Hər bir cütü erkək və dişi yaradan Odur - nütfədən (döl yatağına) axıb tökülərkən” ("Nəcm” surəsi, 45-46-cı ayələr). "Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı”. ("Qiyamə” surəsi, 37-39-cu ayələr). Quranın verdiyi bu məlumatı genetika və mikrobiologiya elmləri qəti şəkildə təsdiq etdi. Belə ki, insanın cinsiyyəti kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən olunur. Qadın isə bu işdə heç bir rol oynamır.
 
 
 Xromosomların oyunu
 
Cinsiyyəti xromosomlar təyin edir. İnsanda olan 46 xromosomdan 2-si cinsiyyət xromosomudur. Bu 2 xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Səbəb isə həmin xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.
 
 Qadında yumurtalığın mayalanması zamanı 2 yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə isə X və Y xromosomlarını daşıyan iki fərqli sperma yaradır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən sperma ilə birləşərsə, doğulan uşaq qız olur. Əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, doğulan uşaq oğlan olur. Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosmlarından hansının qadının yumurtası ilə birləşməsindən asılı olaraq müəyyən olunur.
 
Qadınları qınamayın!
 
Bir çox xalqlar arasında, elə bir çox azərbaycanlı ailəsində də hələ də belə bir yanlış inanc geniş yayılıb ki, körpənin qız, yaxud oğlan olması anadan asılıdır. Qız uşağı doğan qadınlar qınanılır, incidilir, hətta onları boşayırlar da. Halbuki genlərin kəşfindən hələ 14 əsr əvvəl Quranda cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir. Quranın göndərildiyi əsrdə araşdırılması mümkün olmayan bu məlumat bu Kitabın Allah sözü olduğunu sübut edən dəlillərdən biridir.
 
Category: Bezi meslehetler | Baxış: 3198 | Added by: el-kafirel_kufri | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]